Hulusi Akardan Sergey Şoyquya xəbərdarlıq

Türkiyə Müdafiə Naziri cənab Hulusi Akarla, Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutmuşdur. Söhbət zamanı cənab Hulusi Akar Sergey Şoyquya „Humanitar atəşkəs”dən istifadə edən işğalçı Ermənistanın Gəncə və bəzi şəhərlərə, mülki əhalinin yaşadığı yerlərə xain hücumun edilməsinə etiraz etmişdir. Bu danışıq zamanı Türkiyə Müdafiə Naziri Şoyquya dərhal Ermənistan ordusunun Azərbaycan torpaqlarından çıxmasını tələb etmişdir və bildirmişdir ki, biz bir 30 ildə bu işğala göz yuma bilmərik. Bu danışıq artıq rusları düşünməyə vadar edəcək. Ümid edirik ki, Rusiya işğalçı Ermənistana dəstək verməyini dayandıracaq, sadəcə ümid edirik.

Mikayıl Əsədov.

Bunu paylaş: