Hulusi Akardan düşmənlərimizə mesaj

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Azərbaycan haqqında sualları cavablandırıb.
Nazir bildirib ki:
,,Biz iki dövlət, bir millətik. Azərbaycanlılar bizim qardaşımızdır. Biz hər zaman qardaşlarımızın yanındayıq.”
Hulusi Akar Ermənistanın son zamanlarda Tovuz istiqamətində baş verən hücumlarını qəti şəkildə pisləyib və heç bir səbəb olmadan birdən birə onların belə təxribat törətdiklərini anlamadıqlarını söyləyib.
Nazir Hulisi Akar Ermənistanın başından böyük işlərə qalxdığını, heç bir ağılla, məntiqlə hərəkət etmədiklərini və arxasındakılara güvənərək belə təxribatlar törədərək heç bir şey əldə edə bilməyəcəklərini anlamalı olmalarını vurğulayıb. Azərbaycanla Türkiyənin birgə keçirdikləri hərbi təlimlərdən danışan Nazir, Ankaranın Azərbaycanın Silahlı Qüvvələrinin hərbi hazırlığının yüksəldilməsi üçün hərbi töhvələr verməkdə hər zaman hazır olduqlarını bildirib.
Hulusi Akar:
-Biz hər zaman Azərbaycanın yanındayıq, biz haqqın yanındayıq, biz qardaşlığın yanındayıq, deyə vurğuladı.
Yaşasın Türkiyəmiz, biz də daima sizinləyik.

İmza; Mikayıl Əsədov.

.

Bunu paylaş: