Hulusi Akar: Türk əsgərləri ruslara nəzarət edəcəkdir

Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar Qarabağda monitorinq qrupunun yaradılması ilə bağlı açıqlama verib. Hülusi Akar bildirib ki, həmin monitorinq mərkəzində türk general və zabitləri də xidmət edəcəklər. Türkiyənin Müdafiə nazirinin sözlərinə görə, Naxçıvanla Azərbaycanı birləşdirən yol xəritəsi üzərində işlər qısa zamanda ictimaiyyətə təqdim olunacaq və türk ordusu orada da xidmətlərini davam etdirəcəkdir.
Ruslar iddia edirlər ki, Türkiyənin hərbiçiləri Qarabağda ermənilərin olduğu yerdə olsa, problem yaranacaqdır. Rusiya burada söz sahibinin Azərbaycan olduğunu çox gözəl anlayır və bilir ki, imzalanmış protokola əsasən kimin harada olmasını Azərbaycan müəyyən edəcəkdir. Bu məsələdə kiminsə narazılığı varsa, Azərbaycan torpaqlarını tərk etmək hüququ vardır.


Türkiyənin rəsmi mövqeyi Rusiyaya mesajını açıq bidirir. Bu arada ; əgər Rusiya belə narahatdırsa, Türkiyədə yüz minlərlə erməni yaşadığını bilməlidir. Azərbaycan prezidenti İlham Əliyev açıq şəkildə Rusiyaya öz etirazını bildirməli , sülhməramlı qüvvələrin Qarabağımızda sadəcə hansı işləri görməli olduqlarını Putinə çatdırmalıdır. Rusiyanın bu oyunu yol verilməzdir və hər kəs imzalanan müqavilədə özünə aid olanı məsuliyyətlə yerinə yetirməlidir.

Mikayıl Əsədov.

Bunu paylaş: