Hulusi Akar Qarabağdakı vəziyyətlə bağlı açıqlama verdi

Türkiyənin Müdafiə Naziri Hülusi Akar Qarabağla bağlı mətbuata açıqlama verib. Hülusi Akar bildirmişdir ki, hazırda Türkiyə və Rusiyanın birgə nəzarət məntəqələrinin inşası gedir və qısa bir vaxtda öz işinə başlayacaqdır. Artıq Türkiyə və Rusiya bu məntəqələrin hansı nöqtədə yerləşdirilməsi barədə də müqavilə imzalanmışdır. Hülusi Akar bildirmişdir ki, bu məntəqələrdə hər iki tərəfin generalları atəşkəsin qorunması üzərində birgə işləyəcəklər. Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin minalardan təmizləmə qrupunun üzvləri artıq Qarabağda öz işinə başlamışdır. Qardaş Türkiyəmizə etdikləri hər bir kömək və dəstəyə görə minnətdarlığımızı bildiririk.

Mikayıl Əsədov.

Bunu paylaş: