Hörmətli liderimiz Mirmahmud Mirəlioğlunu doğum günü münasibəti ilə təbrik edirik

Belə bir məsəl var :”Ya göründüyün kimi ol, ya da olduğun kimi görün “.İndi dünyamız elə mürəkkəbləşib,elə çirkaba bürünüb ki, belə adamlar barmaqla sayılacaq qədər azalıb,amma tükənməyib. Onun simasına baxanda, nədənsə, Əli bəy Hüseynzadəni, A. Şaiqi, S. S. Axundovu xatırlayıram. Bir də dillər əzbəri olan cümləsini :”Ölkəmizdə sahibsiz itlər kimi sahibsiz generalların da sayı artmaqdadır “.
Yəqin bildiniz kimdən söhbət açıram – Mirmahmud Mirəlioğlundan. İllər boyu dözülməz çətinliklərlə üzləşsə də, özü demiş ,
-itirməyə heç kəsi qalmasa da, öz əqidəsinə heç vaxt dönük çıxmadı.
İndi siz artıq müdriklik çağını yaşayırsınız və biz sizin işığınıza toplaşaraq çətin bir yola çıxmışıq. İnanırıq ki, bu yolun sonu qələbə ilə başa çatacaq və bu, yaralarımıza məlhəm olacaq. Əziz bəyimiz ,bütün AXH -çilər və fədailər adından Sizi yeni yaşınız münasibəti ilə təbrik edirik! Yaxşı ki, dünyamızda varsınız, yaxşı ki, bizimləsiniz!

Bunu paylaş: