Hindistanda COVİD – 19

 

Əhalisinin sayı 1,2 milyarda yaxın olan Hindistanda koranavirus tüğyan edir. Gündəlik yoluxanların sayı 350 min nəfərə yaxın, bu vaxta qədər ölənlərin sayı isə 200 minə yaxındır.
Xəstəxanalar xəstələrlə doludur. Bir çox yerlərdə tibbi yardım hətta küçələrdə aparılır. Oksigen balonlarının qiyməti (!?) kəskin artıb. Hindistan adətlərinə görə ölənləri yandırırlar. Krematoriyalar çatdırmadığı üçün meyidlər birbaşa küçələrdə, yol kənarında yandırılır.

Ümumdünya Səhiyyə Təşkilatı imkanları daxilində Hindistana yardım edir. Bəzi Avropa ölkələri, o cümlədən Almaniya, İngiltərə də Hindistana yardım edirlər.

Almaniya bu ölkəyə oksigen istehsal edən avadanlıqlar göndərmişdir.

Bəzi yerlərdə isə əhali gigiyenik qaydalara riayət etməyərək kütləvi tədbirlər keçirirlər.

Şahin Şirvanlı.

Bunu paylaş: