Hikmət Hacıyevdən Kremlə etiraz

Artıq Azərbaycan Hakimiyyəti Rusiyaya etiraz etməyə başlayır. Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev, Bakıda səfərdə olmuş Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun jurnalistlərə verdiyi cavaba etiraz etdiyini dilə gətirmişdir. Sergey Şoyqu Tovuz döyüşləri zamanı güya Rusiya təyyarələrinin Ermənistana tikinti materialları daşıdığını söyləmişdir. Bu gülünc cavabla təbii ki, Azərbaycan xalqını aldada bilməzdi. Artıq tam başa düşülür ki, Qarabağın qaytarılmasında niyə bu qədər maneələr var.
Şoyqunun bu cavabına tək Hikmət Hacıyevin yox, Azərbaycanda olan rus agentlərinin də dilə gəlməsini gözləyirik.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: