Hikmət Hacıyevin çox önəmli Amerika səfəri…

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdədir. Hikmət Hacıyev səfəri çərçivəsində Amerikanın bir sıra dövlət nümayəndələri ilə görüş keçirmişdir. Dövlət Katibinin köməkçisi Dronfield, milli təhlükəsizlik üzrə məsləhətçi Jake Sullivan və başqa dövlət adamları ilə görüşdə bölgədəki vəziyyəti müzakirə etmişdir.
Hikmət Hacıyevin Amerikaya qəfil səfəri vəziyyətin heç də yaxşı olmadığından xəbər verməkdədir.

Son vaxtlar Rusiyanın Ukraynaya qarşı yürütdüyü işğalçılıq siyasəti nəinki Qafqazda, demək olar bütün dünyada vəziyyəti dəyişdirmişdir. Bu səbəbdən Qərb nümayəndələrinin intensiv Bakıya səfərinin şahidi oluruq.

Bilirik ki, Avropa ölkələrinin alternativ enerji mənbəyinə etiyaçı vardır və ən əlverişli mənbə isə Azərbaycandır. Lakin ölkəmizə qarşı Rusiyanın təzyiqi Qərblə daha sıx əlaqə qurmağa imkan vermir.

Hikmət Hacıyevin Amerikaya rəsmi səfərinin arxasında təhlükəsizlik məsələsi durduğunu deyə bilərik. Bilirik ki, Azərbaycanın və onun kəmərlərinin təhlükəsizliyini yalnız Amerika təmin edə bilər.
Əgər Azərbaycan qaz-neft hasilatını artırsa və Avropanı çətin vəziyyətdən çıxarsa, Rusiya da bizə qarşı təxribatlara əl atacaqdır. Bundan sığortalanmaq üçün Amerika kimi müttəfiqə ehtiyac olduğunu da görürük.
Sonda Hikmət Hacıyevin Amerikaya rəsmi səfəri, Azərbaycanın Rusiyadan gələn təhlükələrə qarşı təhlükəsizlik zəmanətidir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın