Hikmət Hacıyev ön xətdə

Hörmətli oxucular, Azərbaycan hakimiyyətinin işlərinin tərs getməsi nəyin göstəricisidir ?Bir müddət əvvəl prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin Türkiyəyə səfəri və orada önəmli görüşlər keçirməsindən hər kəsin xəbəri olmuşdur. Son vaxtlar Azərbaycanın yüksək rütbəli insanlarının Türkiyəyə və qardaş ölkənin də yüksək rütbəli nümayəndələrinin bura gəlməsi hər iki ölkənin daha da yaxınlaşması bəzi ölkələrdə qısqanclıqla qarşılanmışdır. İşin tərs getdiyi tərəfi isə Hikmət Hacıyevin Türkiyəyə səfərindən geri döndükdən sonra dərhal sərhəddə yerləşən bölmələrimizi ziyarət etməsidir.Bu,çox təccüblüdür. Bu işə İlham Əliyevin Müdafiə naziri Zakir Həsənovu və Nəcməddin Sadıqovu göndərməməsi ictimaiyyətdə prezidentin sonunculara qarşı inamsız olması fikrini yaratmışdır.
Artıq son vaxtlar cəbhədə baş verən hadisələr bəzilərini narahat etməyə başlamışdır. Hikmət Hacıyevin Türkiyə səfərindən sonra cəbhə bölgələrinə getməyi MN-in bəzi agentlərinə bir siqnal kimi də qiymətləndirənlər var.

İmza; Əliəşrəf Məmmədov.

Bunu paylaş: