Hikmət Hacıyevə Aleksandr Skakov cavab verdi: “Rus ordusu Qarabağda daimidir? “

 

Son vaxtlar ən çox müzakirə olunan məsələ Rusiya “sülhməramlılarının” Qarabağdakı mandatıdır. 10 noyabr bəyanatından dərhal sonra özlərini Azərbaycan ərazisinə soxan ruslar, ərazilərimizdə istədiklərini etməklə məşğuldurlar. Yəni Azərbaycandan icazə almadan, nəzarət etdikləri ərazilərə Ermənistandan belə rəsmi şəxslər gətizdirirlər.

Bir neçə gün bundan əvvəl Azərbaycan Prezident Administrasiyasının Xarici Siyasət Şöbəsinin rəhbəri Hikmət Hacıyev belə bir müsahibə ilə yadda qalmışdır. Prezident köməkçisi Rusiya “sülhməramlılar”ının müvəqqəti yerləşdirildiyini” bildirmişdir.
Hikmət Hacıyevin bu çıxışına isə Rusiya tərəfindən şillə kimi cavab gecikmədi.

Kremlin politoloqu Aleksandr Skakov, Hikmət Hacıyevin bu fikrinə belə cavab verdi:” Serbiya – Kosovo, Bosniya və Hersoqovina – Xorvatiya, problemlərində Parlamentlərin qərarı olmadığını” qeyd etdi. Bu məsələdə Rusiya demək istəyir ki, sizin parlamentin qərarı olmadan Qarabağa gəldik, Azərbaycan parlamentinin də mövqeyi maraqlı deyil!

İndi aydın olur ki, hər şeyi bilən İlham Əliyev Rusiya ordusunu Azərbaycana ömürlük dəvət etmişdir. Bu da Qarabağ məsələsinin sonudur. Bizə isə Rusiyanın dağılmasını gözləmək qalır…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın