Heydər Əliyev Fondu” yenə öz işində…

 

 

“Heydər Əliyev Fondu” nun Vitse-prezidenti və həmin fondun Rusiya üzrə rəhbəri Leyla Əliyeva Moskvada “Naş Dom” uşaq müəssisəsinə yardım etmişdir. Hər il Leyla Əliyeva “Heydər Əliyev Fondu” nun köməkliyi ilə Rusiyada müəyyən mədəni, səhiyyə, incəsənət və. s kimi sahələrə kömək etməkdədir. İki dövlət arasında mədəni körpü yaratmaq yaxşı fikirdir, amma hansı pullarla və kimlər üçün?

Əvvəla, başlayaq “Heydər Əliyev Fondun” dan.. Bu fondun pulları xalqın gəlirləri vasitəsi ilə dolmaqdadır. Yəni bu bir özəl fond şəklində fəaliyyət göstərə bilməz. Yaxşı olardı ki, xarici ölkələrə ayrılan xalqın pulları, elə xalqın özünə xərclənsin. Onsuz da Azərbaycan əhalisinin 99 faizi ehtiyacı olan insanlardır.

Bu məsələnin digər tərəfi – Kreml bu cür yaxşılıqları anlamır. Azərbaycanın dahiləri Fərman Salmanov, Kərim Kərimov və başqaları Rusiya və Sovetlər Birliyinin ayaqda qalmasında mühüm rol oynamışlar. Lakin buna baxmayaraq, Kreml hər dəfə Azərbaycan xalqına qarşı qərəzli mövqe nümayiş etdirmişdir. Yəni deməyimiz odur ki, Leyla Əliyeva bizim pullarımızı nəticəsiz işlərə israf etməkdənsə, vətəndaşlarımıza xərcləsin. İnanın ki, sabah Rusiya öz maraqlarına görə İlham Əliyevi və yaxınlarını geriyə baxmadan ittiham belə edəcəkdir.

Demək olar ki, “Heydər Əliyev Fondu” nun köməkliyi ilə, hər il Rusiya ərazisində xeyriyyəçilik adı ilə xalqımızın pulları mənasız yerə xərclənir. ” Heydər Əliyev Fondu” nun fəaliyyəti tək Rusiya ilə bitmir. Bu fond dunyanın Fransa, Belçika, İtaliya və s. kimi dövlətlərində, xalqımızın pullarını səpələməklə məşğuldur. Xatırladaq ki, “Heydər Əliyev Fondu” nun budcəsi 4.5 – 5 milyard manat dəyərində ölçülməkdədir.

Mikayıl Əsədova.

Bunu paylaş: