“Heydər Əliyev Fondu”-na biz niyə minnətdarlığımızı bildirməliyik?

 

Hörmətli oxucular ara – sıra Azərbaycanda, vətəndaşlar tərəfindən “Heydər Əliyev Fondu” na minnətdarlıqlar eşitməkdəyik. Bu məsələ barəsində bir qədər sonra.
“Heydər Əliyev Fondu” nəinki ölkəmizdə, eləcə də ölkə xaricində “xeyirxah” əməlləri ilə tanınmaqdadır. Bu fondun budcəsi isə dünyada varlı büdcəsi olanlardan biri sayılmaqdadır. Təxminən 5-7 milyard arası dəyişməkdədir. Bu fonda yığılan pullar isə bir qismi məmurlar tərəfindən (xalqımızdan rüşvət almaqla), bir qismi vergi yığımı sayəsində (sahibkarlardan məcburi vergi almaqla), digər qismi isə neft-qaz və qızıl və.s kimi (xalqın sərvətinin) hesabına dolmaqdadır.

Hansı tərəfdən baxsan vətəndaşların boğazından kəsilərək “Heydər Əliyev Fondu” – na köçürülməkdədir.
İlham Əliyevin ölkədə yaratdığı siyasət nəticəsində əhalinin sərvəti talanır və sonda isə vətəndaş hakimiyyətə buna görə minnətdarlıq bildirir.

Yəni biz, öz pullarımızın zərrə qədər bizə geri verəndə hakimiyyətə dərindən minnətdarlıq bildirdik. Milyardlarla budcəyə sahib olan Heydər Əliyev Fondu bir başa ölkə prezidenti İlham Əliyev və onun ailəsinə xidmət etməkdədir. Təsəvvür edin bizim evimizi talayanlara üstəlik minnətdarlığımızı bildiririk.

Mikayıl Əsədov.

Bunu paylaş: