Haqları pozulmuş qazilərimizin fəryadı…

 

Ölkəmizdə nəinki siravi vətəndaşların, hətta qazi və şəhid ailələrinin də haqqı tapdanır.2-ci Qarabağ savaşında şücaət göstərən Qazi qardaşlarımızın etiraz səsi bütün ölkəni bürüyüb. MN qarşısına toplaşmış qazilər,təltif olunmadıqları üçün aksiya təşkil ediblər. Onların sözlərinə görə, hərbi xəstəxanada oturmuş həkimlər, bilərəkdən qazilərdən rüşvət tələb edirlər.Əlil pensiyasını (haqqını) almaqdan ötrü ayağını,qolunu itirmiş qazilər,gərək həkimlərə nə az, nə çox 6 min- 7 min manatlarından keçməlidirlər ki, 1 və ya 2-ci qrup əlil pensiyası alsınlar.
Hakimiyyətin vətənini sevən oğullarına belə “sevgi” göstərməsi, insanı vətənindən soyudur.Hər bir xəbərdən hali olan ölkə prezidenti, niyə bu məsələ ilə bağlı tapşırıq vermir? Özü də bilir ki, vəzifəyə təyin etdiyi harınlamışlar prezidentdən çəkinmir, odur ki,rahatlıqla rüşvətlərini ala bilirlər.

Artıq ölkədə özbaşınalıq o qədər vüsət alıb ki,qazilər intihara əl atır. Erməni gülləsindən qorxmayan, şəhid olmayan qazilərimizi, bu rejim diri-diri torpağa gömmək istəyir. Mavi ekranlarda bu kimi halları işıqlandırmamaqdan ötrü xüsusi tapşırıq verilib.
Bu ölkədə hüquqlarımızı bərpa etməkdən ötrü gərək yumruq halında birləşib rejimi qovaq…

Rəşad Şıxəliyev.

 

Bunu paylaş:

Bir cavab yazın