Hansı həkimə gedim?

 

” Hası həkimə gedim?” Dünyanın heç bir yerində yəqin ki, belə sual verilmir.Xəstə müəyyən poliklinikaya gedir və onu müvafiq yerə yönəldirlər.Bəs bizdə? Hə , bizdə vəziyyət başqadır; niyə başqadır? Çünki nə həkimlərimizə, nə xəstəxanalarımıza güvənimiz qalmayıb.Kovid- 19 tüğyan edir, gündə neçə can alır, hamı qorxudadır, adam öz ayağı ilə xəstəxanaya gedir, orada vəziyyəti ağırlaşıb vəfat edir.Deyəcəksiniz, bütün dünya bu gündədir. Amma bizdə səhiyyə axı əvvəldən bərbad vəziyyətdə olub. Həkimlər reklam olunub- yaxşı rüşvət almaqda.Səhiyyəyə başçılıq etməli olan adam özünü izolyasiya edib bir ildir gözə görünmür.Xəstəxanalar yaralı döyüşçülərə və ağır viruslu insanlara xidmət edir.Belə olduqda biz vətəndaşlara ancaq özümüzü qorumaq düşür.Gigiyenaya əməl eib yaxın təmaslardan uzaq olmaq.

Bunu paylaş: