Hanı sübutlarınız ?

Hörmətli oxucular, müharibə başlayandan və bitdiyi gündən bəri keçən müddət ərzində mən bəzi dünya ölkələrinin təxribatçı çıxışları haqqında düşünürəm. Rusiya, Fransa, Almanya və s. olkələr Azərbaycanı nədənsə günahlandırmağa çalışdılar. Bu günahlandırmanın ilk nöqtəsini Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri və xəbər portalları qoydu. Sergey Narişkin dəfələrlə bildirmişdir ki, güya Azərbaycan tərəfindən Suriya, İraq, Asiya və Afrikadan gələn muzdlu terrorçular döyüşür. Bir müddət sonra bu uydurma fikri Rusiyanın Prezidenti Putin də dilinə gətirmişdi. Rusiya ilə paralel olaraq Fransa Prezidenti Makron da eyni saxta fikri bildirmişdi. Hətta Almaniya və Avropanın bəzi yüksək rütbəli məmmurları da bu saxta kompaniyaya qoşuldular. İşğalçı Ermənistan da bir tərəfdən güya Türk və Pakistan ordusunun Azərbaycan tərəfində döyüşdüyünü dünyaya sırımaq istəyirdi. Bir vaxt güya erməni döyüş təyyarəsini Türkiyənin F16 təyyarəsi tərəfindən vurulduğunu ictimaiyyətə car çəkirdilər. Sonunda qəhrəman əsgər, qəhrəman xalq olaraq biz bu təxribatlara qalib gəldik. Artıq bir müddətdir ki, Qırmızı Aypara Xaç cəmiyyəti cəbhə bölgəsindədir. Bu vaxta qədər isə şəhid olanlar arasında yalnız Azərbaycan əsgərinin adı olduğunu Beynəlxalq qurumlar görürlər. Bu gün hər şey döyüş meydanında necə var o vəziyyətdə də qalmışdır. Mən bir sual vermək istərdim:
Yalan danışıb beynəlxalq ictimaiyyəti aldatmağa çalışan ölkə başçıları, səlahiyyətli şəxslər və digərləri, niyə şəhid olanların arasında bir nəfər də olsun Türkiyə, Pakistan və yaxud başqa ölkələrin vətəndaşları yoxdur? Dediyiniz yalanları necə sübut edəcəksiniz, hər şey göz qabağındadır. Niyə susursunuz, hanı terrorçular, hanı muzdlular? Düz 30 ildir işğal və terrora göz yumanlar, necə oldu ki, dilə gəldiniz?…

Mikayıl Əsədov.

Bunu paylaş: