Hamının bildiklərinin cüzi bir hissəsindən bir azca çoxunu bilirəm…

 

…Bildiklərimin əksəriyyətini çox adam, bəlkə də, hamı bilir. Və ya əksəriyyətin, yəni hamının bildiklərinin cüzi bir hissəsindən bir azca çoxunu bilirəm…
Bildiklərini danışmayanlara görə, Sizlər danışmadıgınıza görə, danışmaq istəyiniz, bilməyiniz olmadığına görə, beyinin əmrini, ürəyin istədiyini dilə gətirə bilmədiyinizə görə danışıram…
Dünən – 05 Mart 2021 – ci il, nəslimizin DƏDƏsi Kərbəlayi MİRƏZİZ AĞAnın Anım Günü idi. HAQQa qovuşmağının 41 ili tamam oldu…
Bu gün – 06 Mart 2021 – ci il, AZƏRBAYCAN TÜRKünün Fikir və Əməl DƏDƏsi, Milli Lider, Öndər, heçdən DÖVLƏT quran, BAYRAQ yapan, Bayrağını AZƏRBAYCAN Göylərinə tikən, ” BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ, BİR DAHA ENMƏZ!” – deyən MƏHƏMMƏD ƏMİN RƏSULZADƏnin Anım Günüdür. Ruhu şaddır, Inşallah…
…06 Mart 1991 – ci il, Ali Sovetin Sessiyasında, ən gənc Millət Vəkili Hicran Kərimli dedi: ” Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfat günüdür. Gəlin, onun xatirəsini bir dəqiqəlik sükutla yad edək.” Yumru zalın sakinləri uguldadı.. Əcaib- qəraib səslər eşidildi. 2, 3 adam qışqırdı: ” O kimdir, ə?!” ..

Bir neçə gün sonra, SSRİ- nin saxlanması referendumuna getmək haqqında qanun- qərar qəbul edildi… Etiraz edənlər azlıqda qalmalarına baxmayaraq, aclıq aksiyasına başladı… Əleyhdarlar, İstiqlalçı Millət Vəkili adını aldılar.. Aclıq aksiyasına başlayanları rus-sovet əsgərləri komendant saatının qərarına uyğun, zorla zaldan apardılar..
Onlardan bu gün də, yumru zalda olanlar var…
6 ay sonra, 18 Oktyabr 1991 – ci il… Həmin yumru zal, həmin adamlar… Müstəqillik Haqqında Konstitusiya Aktı qəbul edilir… M.Ə. Rəsulzadə və silahdaşlarının qurduğu AZƏRBAYCAN CÜMHURİYYƏTİ bərpa edilir… Yumru zala üçrəngli, ay- ulduzlu Bayrağı komsomol gətirir…
Torpağın azadlığı uğrunda müharibə, dövlətin bərpası, milli Kimliyin, dilin bərpası uğrunda mübarizə başlayır..
Rus qoşunları Azərbaycandan çıxarılır..
Və yenə şimal küləyi, yenə rus həmləsi.
RƏSULZADƏNİN AZƏRBAYCAN CÜMHURİYYƏTİ – 23 ay yaşadı…
ELÇİBƏY hakimiyyəti – 11 ay…
Soyumuza, kokümüzə,Türklüyəyə qarşı soysuzların köklü müharibəsi başladı…
Millətin, Dövlət dilinin adı Stalin sayağı dəyişdirildi…


Bir il öncə, milli Kimliyi, Türk dilini elmi əsaslandiranlar, Azərbaycan adına, “dilinə”, “elmi” “don” ” geyindirirdilər”…
Nəhayət, 1936 cı il SSRİ, 1937 – ci il Azərbaycan SSR Konstitusiyalarının təkrarı, eyni olan 1995 – ci il Konstitusiyası hazırlanıb, “qəbul” ” edilir”.
Sosializmin tam qələbəsinin rəmzi olan 1936, 1937 ci illərin Konstitusiyaları və 1937 – ci il repressiyası…
Zəruri qeyd: həmin il, repressiyanın baş icraçısı M. C. Bağırovun öz əli ilə yazdığı tərcümeyi – halında – milli Kimliyi – TÜRK yazılıb…
1993 – cü il iyun qiyamının nəticəsi olan 1995 -ci il Konstitusiyası TÜRK Milli Kimliyinin, TÜRK Dilinin qadağan olunması üçün “hüquqi” əsas rolunda istifadə edilir…
AZƏRBAYCAN CÜMHURİYYƏTİ – ilk TÜRK – İSLAM CÜMHURİYYƏTİ idi…
AZƏRBAYCAN CÜMHURİYYƏTİ – PARLAMENTli CÜMHURİYYƏT idi..
O zalda, dövlət təmsilçilərindən yalnız Hörmətli Saakaşvili RƏSULZADƏNİ yad edib…


O yumru zalda, indi də, xeyli böyük baş sahibləri var. El arasında “yekəbaş” da deyirlər… Hələ qulağı standartlardan uzun- uzun olanlar da, var. Hamısı qurban olsun bu günə və bu günün sahibinə…
Amma… Qeyrəti, namusu, şərəfi olan tapılacaqmı – 3 Rəngli, Ay- Ulduzlu Bayrağın Müəlliflərini, Dövlət Bayrağı yapanları – Dövlət səviyyəsində ansın, Protokola daxil etsin, Bakıda abidəsini ucaltsın?!
Olacaq və mütləq Olacaq!
O GÜN çox yaxinda.

KXCP, AXH-nın lideri Mirmahmud Mirəlioğlu.

Bunu paylaş: