Hamı Türkiyəni qalib hesab edir, amma kimsə səhvini boynuna almır

Dünya mediası İspaniyanın Madrid şəhərində keçirilən NATO toplantısında Türkiyə, İsveç və Finlandiya arasında razılıq əldə olunduğu barəsində xəbər yazmaqdadır. Söhbət illərdir ki, Skandinavlar tərəfindən maliyyələşdirilən və dəstəklənən, bunun müqabilində Türkiyəyə qarşı istifadə olunan PKK-YPG – PYD terrorçularından gedir. NATO baş katibi Yens Stoltenberq qeyd edib ki, bu görüş üç ölkə arasında çox məhsuldar keçib və gələcəkdə Alyans üçün böyük maraq kəsb edir.

Bu görüşün maraqlı tərəfi isə, dünya mətbuatının Türkiyəni qalib kimi görməyidir. “The Guardian”, “New York Times”, “Le Monde”, “Al Jazeera” və s dünya xəbərləri manjetlərində: “Rəcəb Tayyib Ərdoğan qalib kimi qayıtdı” ,-deyə qeyd etməkdədir.

Fikir versək kimsə İsveç və Finlandiyanı terrorçulara dəstək verməsində günahlandırımır. Təəssüf ki, bir NATO ölkəsi illərdir ki, terrordan əziyyət çəkdiyi halda, digər müttəfiqləri bunu izləməklə kifayətlənirlər.
Bu gün isə, hər iki ölkənin Alyansa qəbul edilməsinin açarının Türkiyədə olduğunun şahidi olduq.
İnanırıq ki, yaxın zamanda Amerika və digər NATO ölkələri də Türkiyənin terrorla mübarizəsinə dəstək vercəklər və bölgədə qardaş ölkə böyük təhlükədən xilas olacaqdır. Sonda qeyd edək ki, Avropanın təhlükəsizliyi Türkiyədən keçməkdədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın