Hamı gözləyir

Tovuz hadisələrindən aylar keçsə də, dövlət quruculuğunda, dövlətin bel sutunu olan orduda olan çatışmazlıqların aradan qaldırılması üçün gözə dəyən iş görülmür. Naməlum statusla Türkiyə ordusunun Azərbaycanda qalması fonunda Azərbaycan hökuməti demək olar ki, heç bir şey etmir.
Azərbaycan milli və anti – milli qüvvələrin döyüş poliqonuna çevrilib. Bu ölkədə biriləri Azərbaycan və Türkiyə bayrağını endirməyə qədər cəsarətlənib, digərləri isə həmin bayrağı müdafiə etməyə qədər qəzəblənib, biriləri Tofiq Yaqubluya canına qəsd etmə, bu rejim belə şeyləri qanan deyil deyir, digərləri deyir ac qal, kefin istəyir lap öl, ta ki, bizim işimiz əvvəlki kimi Mehdiyev- Kərimli xətti ilə düz getsin deyir, hakimiyyətdə olan bir qrup insan qanunsuz Qurban Məmmədovun evini sök deyir, o biri qrup sökmə, bu barədə məhkəmənin qərarı yoxdur deyir. Beləliklə, ölkədə əsil anarxiya və xaosdur.
Ölkə prezidenti kürsüsündə oturan şəxsin isə harda olduğundan, nə iş gördüyündən xəbər verən yoxdur.
Bu, isə müharibə ərəfəsində olan bir ölkədə cinayətə bərabər səhlənkarlıqdır.
Küçədə uşaq da bilir ki, Ramiz Mehdiyev, Nəcməddin Sadıqov, Elbrus Orucov və s. Rusiya agentləridir. İrana, PKK ya işləyənlər də məlumdur. Bəs bunları kim ən azı vəzifəsindən( hansı ki, həbs olunmalıdırlar) azad edəcək?
Xalq? Cəlal müəllimin övladları? Varmı bu məmləkətdə hökumət deyilən bir qurum?
Haradasan ay barmağını əli yalın xalqa silkələyən “oğlan”? Necə deyərlər, “nə səsin gəlir, nə də qanlı köynəyin”.
Sənin işdən azad etdiyin o xarici işlər naziri yararsız idi, amma nə Naxçıvan klanına, nə Bəylər- PKK klanına, nə Paşayevlər və sair klanına daxil deyildir. Bu klanlar cağ- bacağ öz yerlərindəndir.
Türkiyə ordusunun Azərbaycanda qalmasını parlamentdə qanunlaşdırmanın vaxtı keçir.
Dövlət quruculuğunda çox gecikirik.

İlham Əliyev deyirlər Bordurumda dincəlir, Tofiq Yaqublu “ölüm aclığı” ilə ondan ədalət gözləyir, biriləri ölüm aclığı edənlərə və digər siyasi məhbuslara görə Avropadan qonorar gözləyir, xalq isə matdım – matdım baxıb bu zülmün nə vaxt bitəcəyini gözləyir.
Biz isə xalqın nə vaxt bu xaosdan baş açıb Azerfreedom və AXH ətrafında birləşərək təşkilatlanmağını gözləyirik.
Allah isə bizdən arzularımızı onun dərgahına çatdıran əməl gözləyir.

İmza; Şahin Sirvanlı.

Bunu paylaş: