Hakimiyyətin yeni əfv oyunu, V.Hacıyev azadlığa çıxa bilər

Bu günlər Azərbaycan hakimiyyətində yeni “karona virus” dəbi meydana gəlib. Korrupsioner, rüşvətxor, xalqın pulunu oğurlayan və hazırda həbsdə olan bəzi dövlət məmurları virusa tutulmaq üçün dua edirlər. Son vaxtlar prezident İlham Əliyevin virus səbəbindən, yaşı 60-dan yuxarı olan və həbsdə olan məmurların azadlığa buraxması artıq dəb halını almışdır. Bunlardan biri də İmişlinin keçmiş icra başcısı Vilyam Hacıyevdir . Bəzi mənbələrə istinadən V.Hacıyev karonavirus xəstəliyinə yoluxmuşdur. Həbsdə olan Villiamın nə şəraitdə yoluxduğu məlum deyil. Yəqin ki, İlham Əliyev 63 yaşlı Vilyam Hacıyevi əfv edərək azadlığa buraxacaqdır. Yalnız Azərbaycanda 21 -ci əsrin yeni əfv etmək forması dəbdədir və yalnız bizim ölkədə millətin milyardlarla pulunu oğurlayan, rüşvətxor və korrupsioner məmurları qısa bir müddətdə əfv edilir, yalnız Azərbaycanda haqq sözünü deyən insanlar isə, yaş həddinə baxmayaraq, ağır cəza ilə həbs etdirilir. Həqiqətən də hər sahədə- təhsildə, səhiyyədə, iqtisadiyyatda… olduğu kimi bu sahədə də “irəliləyiş” göstərib dünyaya nümunə oluruq.

Mikayıl Əsədov.

Bunu paylaş: