Hakimiyyətin xalq üzərində qurduğu ikili siyasət

 

Dekabrın 31-dən 1-ə keçən gecə, paytaxtda atəşfəşanlıq üçün parka toplaşmış izdiham əlindən, tərpənmək mümkün deyildi. Anlaşılandır ki, xalq gələcəyə və qarşıdan gələn yeni ilə bir çox ümidlərlə, arzularla irəliləmək istəyir. Biz də öz növbəmizdə Azərbaycanı, daxildə işğala məruz qalmış”erməni” hakimiyyətindən qurtulmagı diləyirik.

Lakin işin məğzi, hakimiyyətin apardığı ikili və çirkin siyasət oyunudur. Öncədən qeyd edək ki,mövzunu yazmaqda məqsəd yeni il gecəsi atəşfəşanlığa baxmaq üçün toplaşan kütləyə, cərimə tətbiq edilməsi deyil. Kütləni idarə etməyin yönü, haqlarını tələb edənlərə qarşı istifadə olunan virus oyununu ortalığa salmaq və yararlanmaq ən gözəl üsuldur. Maraqlıdır, yeni il gecəsi virus harada gizlənmişdi? Bəlkə virus da hakimiyyətin kütlə qarşısında davam gətirə bilməyəcəyini anlayıb,izdiham olan yeri bilərək tərk etmişdi?!

Millətin başını qatmaq üçün feyerverklərə baxmağa icazəni qəsdən verən polis,nə əcəb bu səfər toplaşanlara hücum çəkib, qol və “dubinka” gücünə həbs etmədilər? Hər səfərində Operativ qərərgah xalqı şantaj edərək, digər ştamları bəhanə gətirib məhdudiyyətlər olacağını vurğulayır.
Yetmədimi xalqı ələ saldığınız? Heç bir ölkə öz vətəndaşına bu qədər zülm vermir, əksinə qayğısına qalaraq, bütün çətinlikləri dəf etmək üçün dövlət əlindən gələni əsirgəmir. Lakin bunun tam əksi bizdə – Azərbaycanda baş verir. Əliyevlərin xalqımıza tutduğu divan, görünür, 2022-ci ildə də davam edəcək.
Azad Azərbaycan görmək ümidi ilə Yeni İliniz mübarək, əziz millətim!..

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın