Hakimiyyətin quyruq bulayanları, “Tərtər – 1767” cinayətinin açılmasını İlham Əliyevin adı ilə bağlamaq istəyirlər

 

Hörmətli oxucular, getdikcə”Tərtər 1767″ cinayəti ölkə gündəmini zəbt etməkdədir. Bu cinayətin yenidən araşdırılmasında “AzerFreedom TV” ailəsinin rəhbəri Məmmədov Qurban Cəlaloğlunun, zərərçəkmişlərin və onların yaxınlarının, işgəncə nəticəsində qətlə yetirilmiş hərbçilərimizin ailə üzvlərinin, Şərq Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun, hakimiyyətin təxribatı nəticəsində komaya salınan Oqtay Gülalıyevin və digərlərinin əməyi böyük olmuşdur. Bu gün ölkənin bir nömrəli problemlərindən sayılan “Tərtər 1767” cinayəti, 2017 – ci ildə hakimiyyət daxilindəki (çoxları bu günə kimi vəzifələrdədir) xainlər tərəfindən hərbçilərimizə qarşı törədilmişdir. Təəssüf ki, hakimiyyətin daxilində böyük xain şəbəkəsinin olması, bu işlərdə maneələr yaratmışdır. Hələlik tam bəlli olmasa da, təxminən 4000 (red) minə yaxın hərbçimizə işgəncə verilmiş, 13 nəfər (rəqəmlər hər an arta bilər) döyülərək şəhid edilmiş, 25 (red) nəfər isə günahsız yerə həbs edilərək, ağır həbs cəzaları almışdırlar.

Artıq 10 aya yaxındır ki, “AzerFreedom TV YouTube” kanalında Qurban Məmmədov tərəfindən aparılan “Tərtər 1767” araşdırmaları, dövlətçiliyimiz üçün faktları ortaya qoymuşdur.
Bütün Azərbaycan xalqı bu cinayəti törədənlərin dərhal həbs edilməsini tələb etdiyi bir vaxtda, bəzi deputatlar və siyasətçilər çox maraqlı fikirlər söyləmişlər.
Sifarişli “millət vəkilləri” nin sözlərinə görə guya Tərtər cinayətinin acılmasını prezident İlham Əliyev öz nəzarətinə götürmüşdür. Bu səbəbdən İlham Əliyevin uzaqgörənliyinin bir sübutu olaraq, Baş Prokuror Kamran Əliyevə göstəriş verərək, işə yenidən baxılmasını tələb etmişdir. Heç bir məntiqə uyğun olmayan bu fikirlər yalnız Azərbaycanın yaltaq məmurlarına aid edilə bilər.
Bir nəfər də çıxıb demir ki, zərərçəkmişlər, öldürülənlərin yaxınları, Oqtay Gülalıyev, Ərəstun Oruclu, Qurban Məmmədov və digər insanlar illərdir ki, “Tərtər 1767” cinayətinə ədalət tələb etməkdədirlər.
Niyə? Cinayətin üstündən illər keçsə də, hakimiyyət bu günə qədər zərərçəkmişlərin səsinə səs verməmişdir.

Məsələ burasındadır ki, Tərtər cinayəti, nəinki Azərbaycanda, hətta dünyada etirazla qarşılanmaqdadır. Daxili vəziyyətdəən qorxan İlham Əliyev və hakimiyyəti “məcburən” cinayətin yenidən araşdırılmasına göstəriş verdi.
İlham Əliyevin quyruq bulayanları da bu məcburi göstərişi əllərində bayraq etməklə məşğuldurlar.
Quyruq bulayanlar isə, anlamalıdırlar ki, bu gün İlham Əliyevi bu qərarı qəbul etməyə, xalq qınağı məcbur etdi.

Sonda öz şəxsi fikrimi sizlərlə bölüşmək istərdim: “İnanaq ki, İlham Əliyev Tərtər – 1767 cinayətinin araşdırılmasına ədalətli göstəriş vermişdir” . Sadəcə bu fikrə inanaq…
Əgər hakimiyyət əvvəlki siyasi fəndlərindən isifadə etsə (bir iki sadə məmuru tutub hər şeyi onun üzərinə yıxsa), deməli bu işin sifarişçisi tam dəqiqliklə İlham Əliyev və Rusiyadır!.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın