Hakimiyyətin Qurban Məmmədova qarşı hücumlarının səbəbi

Hörmətli oxucular, artıq neçə gündür ki, Azərbaycan xəbər portallarında AzərFreedom TV-yə, Azerbaycan Xalq Herakati ve Oğuz TV və hər zaman xalqının yanında olan hörmətli Məmmədov Qurban Cəlaloğluna qarşı hakimiyyət tərəfindən hücumlar səngimək bilmir. Hakimiyyətin Qurban bəyə qarşı cılız hücumlarının nəticəsi özləri tərəfindən də biabırçı etirafla nəticələndi.
Hakimiyyət əlaltıları olan bəzi xəbər portallarının yaydığı məlumata görə Qurban bəyə güya Nərimanov rayonunun İcra Başçısı Abdin Fərzəliyev ev hədiyyə edib. Bunların bu məqsədləri, gündən günə güclənən AzərFreedom və Azərbaycan Xalq Hərəkatını xalqın gözündən salmaq istəmələridir. Bu işdə Qurban bəyin xalqa qarşı dürüstlüyünü görən hakimiyyət geri çəkilməyə məcbur oldu. Nərimanov rayonunun İcra Başçısı Abdin Fərzəliyev rəsmi etiraf edərək , Qurban bəyə hər hansı bir evin hədiyyə olunmasının yalan məlumat olduğunu etiraf etdi. Artıq Azərbaycan Xalq Hərəkatının və AzərFreedom TV -nin xalqın inamı və dəstəyi ilə güclənməsini görən hakimiyyət narahat olmağa başlayıb.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: