Hakimiyyətin korrupsia şousu: Daha bir məmur həbs edildi

Ölkəmizdə korrupsiya şousu davam etməkdədir. Azərbaycanda daha bir məmur korrupsiya qalmaqalı ilə həbs edildi. Həbs edilən şəxs Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun( KİVDF) icraçı direktoru Vüqar Səfərlidir.O bu vəzifədə 2009-cu ildən fəaliyyət göstərirdi. Vüqar Səfərlinin həbsinin səbəbi dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş korrupsiya ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar olmuşdur. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Vüqar Səfərli ayrı-ayrı vaxtlarda dövlət büdcəsindən ayrılan külli miqdarda pul mənimsəmişdir. Həbs edilən şəxs Heyder Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının üzvüdur. Artıq illərdir ki, ölkəmizi talayan Yeni Azərbaycan Partiyasının üzvləri bu şəkildə ifşa olunurlar.

Vüqar Səfərli bir müddət əvvəl vəzifəsindən azad edilən, Əli Həsənova yaxınlığı ilə də seçilir.Yaxın keçmişdə dövlət tərəfindən jurnalistlərə verilən evlərin menimsənilməsində birgə iştirak etmişlər. Bu məsələdə İlham Əliyev və hakimiyyəti birbaşa məsuliyyət daşıyır. Xatırladaq ki, Vüqar Səfərli “Əməkdar mədəniyyət işçisidir”.

Mikayıl Əsədov.

Bunu paylaş: