Hakimiyyətin beyin mərkəzləri xalqımızı necə məhv edir?

Hörmətli oxucular, bu gün sizlərə bir ictimai dəyişikliyi araşdırmaq istərdim: Çoxları bilir və anlayır ki, dünyada ən böyük kütləvi silah informasiyadır. İnsan beyni də körpə uşaq kimidir, daha tez aldanır, dəyişir, yalanı gerçək kimi qəbul edir. Bu mövzuya toxunmaqla cəmiyyətimizdə və özümüzdə baş vermiş dəyişiklikləri hiss edəcəyik. İnsan beynini təmizləmək üçün dövlət tərəfindən müəyyən edilmiş beyin qurumları mətbuata nəzarət edirlər. Sizlərə bir nəticə göstərmək istəyirəm;
Bir neçə aydır ki, Azərbaycan televiziya və xəbər portallarında, başqa dövlətlərdə baş verən intihar halları efir vasitəsi ilə ictimaiyyətə təqdim olunur. Məsələn,Türkiyə, Rusiya, Hindistan, Çində belə xəbərlər ölkə mətbuatında yer alandan sonra ölkədə intihar halları çoxalmağa başlamışdır. Özünüz də Azərbaycanda tək bir həftədə neçə nəfərin intihar etdiyini eşitdiniz. Hələ bu yalnız kiçik sayla efirlərdə göstərildi.

Tək yanvar ayında 35 nəfər intihar etmişdir. 2020-ci ildə ölkədə 597 intihar hadisəsi qeydə alınıb.İntihar edənlərdən 440 nəfəri kişi, 157-si isə qadındır. İntiharın əsas səbəbləri ailə daxili problemlerden başlayır. Lakin bu problemin köklündə isə 90 faiz işsizlik, pulsuzluq durur.

Bir tərəfdən isə yersiz və mənasız verilişlər butün televiziyalarda tüğyan etməkdədir. İndiki vaxtda ən aktual məsələ hər kəsə “maraqlı” olan intiharlar, iki ailənin və yaxud da ərlə arvadın daxili işlərinin televiziya vasitəsi ilə ictimailəşdirilməsidir. Bu tərzlə insanları sanki ” zombiləşdirirlər” İnanın ki, hazırda xalqı uşaqlarının gələcəyi yox, üzr istəyirəm ifadəmə görə ” hansı kişinin arvadı kiminlə qaçdı? ” , “hansı qadın uşaqlarına sahib çıxmadı? “,- kimi mövzular maraqlandırır. Hakimiyyət daxilində olan beyinlər, efirlər vasitəsi ilə əhalinin sosial və daxili işlərini qabartmaqla düşüncə tərzlərini dəyişirlər. İnanin ki, bu vasitələr xalqın gələcək haqda düşüncələrini tənbəlləşdirir.

Hakimiyyət efir vasitəsi ilə insanları istədiyi kimi idarə edir. Beyin mərkəzləri ölkədə, xalqı İntiharlar, boşanmalar, narkomanya və s. kimi problemlərlə başların qatırlar və bunun bir başa vasitələri televiziyalar, qəzetlər və xəbər portallarıdır.

İndiki vaxt Azərbaycan xalqının dəyişməsi və ölkənin gələcəyinə biganə qalması gələcəkdə çox böyük fəsadlar törədəcəkdir. Bununla da illərdir Azərbaycan telekanallarında, xəbər portallarında , qəzetlərdə maariflənmə ilə heç bir proqram dərc olunmamaqdadır.

Xalqımız  bu əzabdan canını qurtarmaq  istəyirsə, hər gün Bakı vaxtı ilə 21:00 -da Youtube -da Qurban Məmmədovun təqdimatında AzerFreedom efirinə baxmağı və Azərbaycan Xalq Hərəkatına üzüv olmağı çağırırıq. Gələcəyimiz yalnız birliyimizdən asılıdır.

Mikayıl Əsədov.

Bunu paylaş: