Hakimiyyətin aləti olmayan polislərimizi təbrik etməyə dəyər

İki iyun Azərbaycanda Polis günü kimi qeyd edilmişdir. Polis bayramı 1992 – ci ildə 6 iyun tarixində qəbul edilsə də, Azərbaycanın sabiq prezidenti Heydər Əliyev 1998-ci ildə imzaladığı fərmanla buna dəyişiklik etmişdir. O, 6 iyunu, 1918 – ci ildə Azərbaycan Demokratik Respublikasının təsis etdiyi Polis günü ilə dəyişdirmişdir. Nəticədə 1998 – ci ildən bu günə qədər ölkəmizdə polis günü iyulun 2 – də qeyd edilməkdədir.

Polisin mənası nədir və niyə yaradılıb?

Bir çox mənbələrdə yunan-roma sözlərindən gəlmədir, bir çox mənbələrdə meqapolis sözündən yaranmadı, digər mənbələrdə isə sözün mənası Asiyaya gedib çıxır. Təbii ki, bizə bu gün polisin adından çox, onun gördüyü işlər vacibdir.

Polis düşüncəsi dünyada bu cür qəbul olunmaqdadır; asayişi, qanunları, təhlükəsizliyi qorumaq və xalqına xidmət etmək. Əslində xalqın qorunduğu və qorxmadan kömək istədiyi bir qurumdur.

Gələk Azərbaycanda olan polislərimizə — bizdə isə hər şey tərsinədir. Azərbaycanda isə, xalqın ən qorxduğu, rüşvətxor, korrupsioner, İlham Əliyev hakimiyyətini qanunsuz müdafiə edən mafia formasında Nazirlik kimi fəaliyyət göstərən quruma p o l i s deyilir. Təbii, biz bütün polisləri nəzərdə tutmuruq. Söhbət mənliyini və şərəfini satan başında papaq, çiyinlərində xətt və ya ulduz daşıyan şəxslərdən gedir.

Çox təəssüf ki, bu gün Azərbaycan polisi xalqını deyil, öz mənfəətini və hakimiyyəti müdafiə etməkdədir. Burada bir sual ortaya çıxır. Xalqını müdafiə etməyən, vətəndaşının yanında olmayan polisi milləti necə təbrik etsin? İlham Əliyev və hakimiyyəti bu gün polisdən alət kimi istifadə etməkdədir. O, polis aləti ilə xalqa təzyiq etməkdədir.
Sonda öz adımızdan Rüşvət almayan, korrupsiyaya əlini bulaşdırmayan və hakimiyyətə deyil, xalqına xidmət edən polisləri təbrik edirik.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın