Hakimiyyətin agent şousu

 

Son vaxtlar Azərbaycan və İran arasında olan problemlər hakimiyyətin daxilində parcalanmaya gətirib çıxarmışdır. İş o yerə çatıb ki, bəziləri bir – birini agent kimi ittiham etməkdən çəkinmirlər. Söhbət Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və Allahşükür Paşazadənin qudası Qabil Salahzadədən gedir. Hafiz Hacıyevin son zamanlar Qafqazın şeyxinin ünvanına səsləndirdiyi fikirlər, Qabil Salahzadəni əks – hücuma keçməyə məcbur etmişdir. Şeyxin qudası MMP – nın sədrini həm Rusiya, həm İran agenti, həm də ki, balıq oğrusu adlandırmışdır. Bu müharibə, hətta Rəsul Quliyevə kimi gedib çıxmışdır. Bir- birini ittiham edən agentlər şəbəkəsi isə, bir şeyi unutmaqdadırlar; Xalq artıq həm hakimiyyətdən, həm də bu çür şoulardan yorulmuşdur.

Bu agentlərin ölkənin bütün orqanlarına çoxdan sızdığını deyə bilərik. İllərdir bir neçə ölkənin agentləri Azərbaycan hakimiyyəti daxilində kök salmaqdadırlar. Bir sözlə, Hafiz Hacıyev və Allahşükür Paşazadə kimi insanlar tarix boyu olmuş və olacaqdır. Görünür, İlham Əliyev öz hakimiyyətini düzgün idarə etmədiyindən bu boşluqlardan isə düşmən ölkələr məharətlə istifadə etmişdir.

Sonda bir məsələni qeyd etmək istərdik ki, bu tip şoulara ehtiyac yoxdur və Azərbaycan xalqı “kimin hansı yuvanın quşu olduğunu yaxşı bilir”.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın