Hakimiyyətin şah damarı korrupsiyadı

Bir neçə gün əvvəl Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə komissiyasının sədri seçildikdən sonra güya Samir Nuriyev bir sıra göstərişlər verərək gələcəkdə konkret istiqamətlərdə hansı işlər görəcəkləri barəsində danışmışdır. Bu komissiyasının üzvlərindən biri -Milli Məclisin deputatı Arzu Nağıyev sədri tam dəstəkləyərək gələcəkdə görülən işlər barəsində açıqlama vermişdir. Artıq illərdir ki, ölkədə yaradılan Korrupsiya idarəsinin fəaliyyəti barədə hər kəsin xəbəri olsa da, indiyə qədər korrupsiyanın getdikcə artımı müşahidə olunur. Yaxşı olar ki, Korrupsiya Mübarizə İdarəsi ilk işini Milli Məclisdən başlasın. Millət vəkillərinin aylıq maaşı 5 min manat ilə 7 min manat arasında dəyişsə də, mülklərinin dəyəri milyonlarla ölçülür. Azərbaycanda qurulan bu rüşvətxor və korrupsioner hakimiyyət heç bir Korrupsiya Mübarizə İdarəsi tərəfindən durdurula bilməz. Guya bu hakimiyyət korrupsiyanı məğlub etmək üçün mübarizə aparır.Necə deyərlər, balıq başdan iy verər.

İmza; Mikayıl Əsədov.

.

Bunu paylaş: