Hakimiyyətdə qocalar və cavanlar müharibəsi davam edir

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev çox maraqlı məsələyə toxunmuşdur. O, hər zaman olduğu kimi nazirlərdən şikayət etmişdir. Onun sözlərinə görə vaxtilə yanlarında olan gənclərdən söhbət açaraq qeyd etmişdir ki, bir zamanlar bəzi gənclər bizim yanımızda heç bir vəzifə daşımırdı, bu gün isə nazir vəzifəsini daşımaqdadırlar. Bir vaxtlar onların əl- altısı olan gənclər nazir vəzifəsinə təyinat alandan sonra, deputatların zənglərinə cavab vermirlər.

Qüdrət Həsənquliyevin sözlərindən belə çıxır ki, hakimiyyət uğrunda qocalar və gənclər arasında müharibə hələ də davam etməkdədir. Onun gileyli sözləri onu göstərir ki, ölkədə millət vəkillərini nazirlər saymırlar. Bu müharibənin fəsadları isə, sonda cəmiyyətə təsir etməkdədir. Hakimiyyətdəki qocalar və gənclərin prinsipial mövqeyi xalqa təsir etməklə yanaşı, birbaşa inamı da itirir.


Məsələn, hansısa dairədən seçilən deputat əhalinin problemini həl etmək üçün nazirliyə müraciət edir və cavablar nəticəsiz qalır.
Beləliklə, Azərbaycanda qocalar və cavanlar müharibəsi ölkədə böyük problemlər yaradır. Bununla da vətəndaşlarımızın İlham Əliyev hakimiyyətinə qarşı nifrəti artır və ölkə daxilində etirazlar çoxalır. Bir sözlə, Qüdrət Həsənquliyevin söylədiyi həqiqət, Azərbaycan hakimiyyətinin sonunu yaxınlaşdırmaqdadır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın