Hakimiyyət xalqımızı yerdəki kimi, göydədə soyur

 

Ölkəmizdə illərdir ki Dövlət Turizm Agentliyi təyyarə biletlərinin qiymətlərini tənzimləmir. Görünür, bu ixtiyar sadəcə AZAL-ın öz əlindədir. AZAL da “SİLK Way” şirkətinin bir qoludur. Bu kompaniyanın isə kimə məxsus olduğu hamıya aydındır. Odur ki, Cahangir Əsgərovdan qiymətlərin aşağı salınması üçün şikayətlər etməyin. Əliyevlər ailəsi, yəni Leyla Əliyeva bu işə imzasını çoxdan atmışdır.
Sərmayə Holdinqi yaradılaraq tərkibinə AZAL şirkətlər qrupu daxil edilib. Şirkətlər arasında rəqabət olmasa, qiymətlər həmişə yüksək olaraq qalacaqdır.
Turistlər və yerli əhali hər zaman biletlərin qiymətinə, vizanın asan yolla əldə edilə biləcəyinə diqqət yetirirlər. Aydın məsələdir ki, AZAL tərəfindən tətbiq olunan qiymətlər ölkə vətəndaşlarının və turistlərin ürəyincə deyil. AZAL rəhbəri illərlə kürsüsündə əyləşsə də, dövlət tərəfindən ayrılan pulları mənimsəyərək imarətlər, villalar, yoldaşının adına otellər inşa etdirərək xarici ölkələrdə sərmayə, yatırım işləri ilə məşğuldur.

Öz vəzifəsindən məmnun olan Cahangir, görünür, özündən yuxarıda oturanların da “dolya”sını vaxtında verməklə sadiqlik və etibar qazanıb. Bu baxımdan da tapşırılan vəzifənin öhdəsindən məharətlə gəldiyinə görə az keçməz hakimiyyət tərəfindən medalla təltif olunar.

Rəqabətə gəlincə, monopoliyaya məruz qalmış ölkədə qiymət fərqliliyini bizlər sadəcə xəyal edə bilərik. Bu hakimiyyət yerdə olduğu kimi göydə də xalqın pullarını talamaqla məşğuldur.
Yaxşı olar ki, AZAL rəhbəri şirkətin adına nəzər yetirsin… AZ AL !!!

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın