Hakimiyyət və AXCP nə etmək istəyir?

Məlum yurüşlərdən sonra hakimiyyətin niyyətini bir başa ölkənin idarəçisi İ.Əliyev öz tərəfindən bildirdi. Qarabağı istəməyin, yoxsa hamınız həbs olunacaqsınız. Yürüşdən sonra cəmiyyətdə siyasi aktivliyi və çəkisi ilə seçilən insanlar tutulmaga başlanılıb. Bunun siqnalı əslində yürüşdən qabaq Rəhim Qazyevin həbs olunması ilə verilmişdi.

Sonra yürüşdə iştirak etmiş vərənpərvər insanların həbsi başlanıldı. Burada mən ayrıseçgilik etməyəcəyəm. AXH yə daxil olan olmayan hər bir vətənpərvər bizim vətəndaşımızdı. AXCP-çılər arasında da illərdi mübarizə aparan qeyrətli sıravı insanlar var. Eləcədə heç bir partiya üzvü olmayıb, sadəcə “vətən naminə şəhid” adıyla yürüşə qatılan və həbs olunan insanlar var.

Əl qərəz, sözümün canı budur; – hakimiyyətin nəzarəti və öz güc strukturunun yaratdığı süni, “Milli Məclis” provakasiyasından sonra 2 gündür AXCP və “Milli Şura”ya işləyən bloqerlərin kanallarından, ayın axrına yenidən yürüşə çagrışı gedir. Axı sizin bu xalqla qəsdiniz nədir?

Öz şəxsi ambisiyalarınız və ya kimlərinsə məkirli niyyətlərini yerinə yetirmək üçün, bu xalqın vətənpərvərlik hisslərindən istifadə edirsiniz! – yetmədimi?!

Hazırlıqsız, maarifləndirilməmiş, təşkilatlandırılmamış insanları meydana çıxarıb onları əzdirmək, həbs etdirmək? – Xalqımızı bu təhlükəli oyundan uzaq tutmaq bizim borcumuzdu.

Ümid edək ki, bu dəfə xalq aldanmayacaq…

Bunu paylaş: