Hakimiyyət Tender vasitəsilə Azərbaycan xalqının budcəsini mənimsəyir

Hörmətli Azərbaycan xalqı, bu gün sizlərə ölkədə məmurların daha bir gəlir mənbəyini ifşa edəcəyik. Onların bu yolla ölkədən çıxardıqları pulları necə rəmləşdirdiyini sizlərlə araşdıraq.
Bilirik ki, dünya birliyi korrupsiya, rüşvətxorluqla mübarizədə çirkli pulların yuyulması ilə də mübarizə aparır.

Ölkəmizədə çirkli pulların yuyulması necə baş verir? Bilirik ki, İlham Əliyev və onun hakimiyyəti korrupsiya, rüşvətxorluq, insan haqlarının pozulması, demokratiyanın məhvi üzərində qurulmuş bir sistemdir. Yuxarıda saydığımız dövlət əhəmiyyətli adlar hər biri bir – birini tamamlamaqdadır.

İndi keçək əsas məsələyə; necə olur İlham Əliyev və məmurları ölkədən külli miqdarda vəsait çıxarırlar.
Araşdırmalarımız onu göstərir ki, yuxarıda oturanlar bunu Tender vasitəsi ilə həyata keçirməkdədirlər. Fikir versəniz ölkədə bütün istiqamətlərdə baş tutan Tender müsabiqələri ictimaiyyətə rəsmi olaraq şəffaf şəkildə açıqlanmır. Xalqın büdcəsinin necə sovrulduğu da elə buradan başlayır.

İlk öncə qeyd edim ki, “Tender” müsabiqələrində də hər məmurun özünə aid “monopoliyası” vardır. İlk başda İlham Əliyevin yaxınları böyük gəlirli “Tender” lərin qalibi olurlar. Daha sonra müəyyən işləri görmək üçün nazirlər, deputatlar və digər məmurlar işə qoşulurlar. Fikir versəniz Azərbaycanda hakimiyyət və ona yaxın adamların adında 50 manatlıq depozitlə şirkətlər vardır. O, şirkətlər ki, hər zaman “Tender” müsabiqələrində qalib olurlar. Beləliklə, 1 manatlıq işi 10 manata icra etməklə büdcə pullarını bu cür mənimsəyirlər.
Bu səbəbdən Azərbaycanda “Tender” müsabiqəsi ilə düzələn işlər tez bir vaxtda öz keyfiyyətini itirərək məhv olur.

İkinci bir tərəfdən, eyniliklə “Ofşor” larda həmin insanların adında şirkətlər qeydiyyatdan keçirilir. Bu zaman “Tender” lərdən qazanılan çoxlu sayda pullar “Ofşor” ların hesabına köçürülür. Bu zaman çirkli pulların mənbəyini “Tender” işlərindən gəldiyini göstərilərək vəsait ağ pula( leqallaşdma, pul yuyulması) çevrilir.
Sonda İlham Əliyev, yaxınları və məmurları bu yolla Azərbaycan xalqının büdcəsindən oğurladıqlarl pulları yuyurlar.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın