Hakimiyyət Sahil Babayevlə birgə, xalqın döyüş ruhunu bu cür məhv edir

 

Azərbaycan ordusu və əsasən də şəxsi heyətin qəhrəmanlığı sayəsində, 44 günlük müharibə zamanı torpaqlarımızın bir qismi azad edildi. Bəli, bəli, bir qismidə isə hələ ki, rus işğalçıları qalmaqdadırlar.Dağlıq Qarabağı azad edilmiş saymaq olmaz. Bu məsələnin başqa tərəfi, keçək əsas mətləbə;

Döyüşlərin bitdiyi gündən hakimiyyət xalqımıza qarşı iki cəbhədə mübarizəyə başladı. İlk öncə qeyd edək ki, döyüş bölgəsində döyüşənlərin yəni, düşmənlə üz – üzə, qorxmadan qəhrəmancasına şəhid olanların hamısı kasıb təbəqənin üzvləri idi.

1) Hakimiyyətin xalqımıza qarşı ilk təxribatı elə bu vəziyyətdən başladı. Hər kəs məmurların yaxınlarının döyüşlərdə iştirak etməməsindən gileylənirdi. İnsanlarda bir suala cavab gözlənirdi– niyə xalqın pulunu oğurlayan məmurların yaxınları xaricidə kef çəkərkən fəhlə, müəllim, həkim (maaş səviyyəsinə görə eyni təbəqəyə aid) övladları Şəhid olmalıdır. Bu suala cavab sonda qeyd ediləcəkdir.

2) Digər tərəfdən, İkinci hücuma başçılıq edən isə Sahil Babayevdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olan bu məxluq birinci və ikinci Qarabağ Qazilərimizə qarşı hücumalara başladı. 44 günlük müharibədən sonra Sahil Babayevin göstərişi ilə, fiziki hərəkətini itirən əsgərlərimizdən, birinci dərəcəli əlillik vəsiqəsi alınaraq üçüncü dərəcə ilə əvəz edilmişdir. Bu məxluq kimlərdənsə göstəriş alaraq qəhrəmanlarımızı gözdən salmaq istəyir. Demək olar ki, hər gün Qazilərimizin etirazlarının şahidi oluruq. Təsəvvür edin ki, iki gözünü döyüşdə itirən Qazimizə 3 – cü dərəcəli əlillik vəsiqəsi verilir.

3) Üçüncü hücum əhalinin sosial yaşayışının getdikcə pisləşməsdir. Neft-qaz və təbii sərvəti yüksək səviyyədə olan əhalinin dilənçi vəziyyətində yaşaması, gələcəkdə dövlətçiliyin qorunmasında böyük təhlükə yaratmaqdadır. Bir sözlə, Azərbaycanda əhaliyə qarşı hərtərəfli təxribatlar davam etməkdədir. Bu vəziyyəti görən gənclər kimə görə, nəyə görə döyüşəcəklərinə tərəddüd edəcəklər.

Bu bir “rusvaycıılıqdır”

İndi isə fikir verdinizsə, İlham Əliyev hakimiyyəti tərəfindən xalqımıza qarşı nə təbliğatlar getməkdədir. Kasıb təbəqədən yaradılmış orduda ruh düşkünlüyü yaratmaq istəyirlər.
Sabah Qarabağ müharibəsi yenidən başlasa, kimsə döyüşmək istəməyəcəkdir. Çünki haqlı olaraq bu günə kimi Azərbaycan hakimiyyətindən və İlham Əliyevin məmurlarından dəstək görməyən insanların içində tərəddüdlər yaranmaqdadır. Bir sözlə, ikinci Qarabağ döyüşlərində bütün dünyaya qəhramanlığını göstərən Azərbaycan ordusunu, daxildə olan “agentlərin” əli ilə ruhdan salmaq istəyirlər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın