Hakimiyyət sadəcə susur

 

Bir müddət əvvəl Ermənistanın daha bir yüksək rütbəli məmuru Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etmişdir. Söhbət Ermənistanın Baş Prokuroru Artur Davtyandan gedir. Bu barədə rəsmi Bakı hələ ki, susur. Aldığımız digər məlumata görə, Artur Davtyan Xankəndində Araik Arutunyanla və digər şəxslərlə görüşlər keçirmişdir.

İlk dəfə Emənistanın Xarici İşlər naziri
Ara Ayvazyanın səfərindən sonra rəsmi Bakı etirazını bildirmişdir. Lakin Rusiya XİN Sergey Lavrovun hakimiyyətə xəbərdarlığından sonra rəsmi Bakı susmağı üstün tutmuşdur. Gəlin düşünək; Putinin işğalçı ordusu sülhməramlı adı altında niyə bu mənzərəni seyr edir? Əgər belədirsə, Rusiyanın sülh yartmaq məqsədi yoxdur.

Mədəni işğalçılıq siyasəti aparır.                    Bu görüşdə diqqət çəkən məqam isə qondarma Dağlıq Qarabağ bayrağının göz qabağında olmasıdır.

Mikayıl Əsədov.

Bunu paylaş: