Hakimiyyət, müharibədən zərər çəkmiş insanlara yardım etmir…

 

Hörmətli oxucular, sizlərə bir müddət əvvəl, 44 günlük müharibə zamanı zərərçəkmiş insanlara İlham Əliyev hakimiyyətinin biganəliyindən xəbər vermişdik. Həmin xəbərdə araşdırmalarımız nəticəsində, dünyanın beynəlxalq qurumları tərəfindən Azərbaycanın müharibədə zərər çəkmiş mülki əhalisinə, təxminən 10 milyon dollara yaxın yardım olunduğunu və bu pulların hakimiyyət tərəfindən mənimsənilməsini göstərmişdik.

Bu gün daha bir Bərdə sakininin problemini sizinlə paylaşmaq istərdik. Hər kəs bilir ki, ikinci Qarabağ döyüşləri zamanı Ermənistan Bərdədə mülki əhalini atəş altına salmışdır. Həmin zərbələr nəticəsində, Bərdə sakini Arzu Aslanov ciddi yaralanmışdır. Arzu Aslanov Azərbaycan məmurlarının biganəliyindən şikayət etməkdədir. Arzu Aslanovun sözlərinə görə yaralandıqdan sonra bir neçə dəfə müalicə alsa da, qolunun bərpası üçün Türkiyədə müalicə olmalıdır. Onun sözlərinə görə üzərindən bir neçə ay keçsə də onun yaraları hələ də sağalmır.

Yarası ağır olduğundan ümid yeri yalnız Türkiyə olduğunu söyləyən zərərçəkmiş, dəfələrlə müvafiq qurumlara müraciət etsə də onunla maraqlanan olmamışdır.
Azərbaycanda korrupsiya elə bir həddədir ki, beynəlxalq qurumların zərərçəkən vətəndaşlara göndərdiyi yardım pulları məmurlar tərəfindən oğurlanır.

 

Müharibədə ziyan görmüş mülki vətəndaşların, oğru məmurlara qarşı şikayətləri getdikcə artmaqdadır. Artıq Gəncə, Bərdə, Yevlax sakinləri öz etirazlarını dilə gətirməkdədir. Xatırladaq ki, müharibədə ziyan görmüş mülki vətəndaşlarımıza beynəlxalq təşkilatlar 20 milyon manata yaxın yardım pulu ayırsalar da, hakimiyyət bu pulları mənimsəmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: