Hakimiyyət KİV-ləri və jurnalistləri nəzarətə götürür

 

Hörmətli oxucular, sizlərlə İlham Əliyev və hakimiyyətinin mətbuat orqanlarına necə nəzarət etdiyi barəsində ara-sıra axh-az.com saytımızda məlumat vermişik. Hansı jurnalist və mətbuat işçisi hədiyyələrlə, mükafatlarla, digərləri rejim tərəfindən təzyiqlərə məruz qalaraq ( həbs və şərlənməklə) ələ alınır.

Beləliklə, bununla ürəyi soyumayan İlham Əliyev və hakimiyyəti yeni üsüla əl atmaqdadır.
“Mətbuata Şurası” nın sədri Əflatun Amaşov maraqlı açıqlama ilə yadda qalmışdır. O, Milli Məclisə təqdim olunan yeni qanuna əsasən, jurnalist fəaliyyətinin nəzarətə götürüləcəyini açıq şəkildə bildirmişdir. Amaşov müxtəlif bəhanələr gətirərək bu gün Azərbaycanda, 6000 – ə yaxın KİV fəaliyyət göstərdiyini, 25 mindən çox jurnalist və xəbər portallarının fəaliyyət göstərdiyini qeyd etmişdir. Amaşovun sözlərinə görə, yeni qanun imkan verəcək ki, 25 mindən çox jurnalist və xəbər saytlarını 2000 – ə endirilsin.

Beləliklə, yeni qanun bu deməkdir ki, ölkədə söz azadlığına daha çox məhdudiyyətlər qoyulsun və hakimiyyət tərəfindən bütün KiV – lər, jurnalistlər idarə edilsin.
Ölkə daxilində vəziyyətin getdikcə pisləşdiyini, korrupsiya, rüşvətxorluğun, insan haqlarının pozulmasının artdığını bilən hakimiyyət bu qanunu təsdiq etməklə, ölkə daxilindəki xalq etirazlarından qorunmağa çalışır. Beləliklə, İlham Əliyev və hakimiyyətinin ölkədə söz azadlığını boğmaq üçün atdığı daha bir addım, bütün mətbuat orqanlarına nəzarət etməkdən başqa bir şey deyildir. Ölkə daxilində kiçik də olsa, xalq üsyanları çoxalmaqdadır və hakimiyyət bunu yatırmaq üçün media orqanlarını boğmağı vacib hesab edir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın