Hakimiyyət, Hikmət Həsənovun yerin dəyişməklə “Tərtər Genosidini” arxa plana çəkmək istəyir?

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən məlumata görə, 1-ci ordu korpusunun komandiri general mayor Hikmət Həsənov vəzifəsindən azad edilmişdir. O, yeni qərara əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ali Hərbi Məktəbinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Bununla da MN – dən verilən məlumata görə, yaxın günlərdə ordu sıralarında yeni kadr dəyişikləri baş verəcəkdir.

Niyə ilk olaraq “qəssab” ləqəbli Hikmət Həsənov?.
Hər şey 2016 – ci ildə aprel döyüşləri zamanı başlamışdır. Həmin vaxt guya Azərbaycan ordusunda Tərtər istiqamətində Ermənistana işləyən zabitlər olmuşdur. 2017 – ci ildə Azərbaycan ordusuna qarşı başladılan təxribatların səbəbkarlarından biri də Hikmət Həsənov olmuşdur. Artıq 5 aydan çoxdur ki, “AzerFreedom TV YouTube” kanalında, Məmmədli Qurban Cəlaloğlu tərəfindən başladılan “Tərtər genosidi” istintaqı, əsil xain və agentlərin kim olduğunu ortaya çıxarmışdır. Bu agentlərdən biri də general – leytenant Hikmət Həsənovdur. Nəcməddin Sadıqov, Zakir Həsənov, Zakir Qaralov, Xanlar Vəliyev, Hikmət Həsənov, Mayis Barxudarov, Şəfayət İmranov və s kimilər özləri Rusiyanın agenti olaraq, qəhrəman əsgərlərimizə qarşı çirkin oyun oynamışlar. Söhbət həmin korpus, yəni əsasən, Hikmət Həsənovun nəzarətində olan hərbi hissələrdən gedir.

 

“Tərtər genosidi”ndən 4 il keçməsinə baxmayaraq, Ali Baş Komandan İlham Əliyev hələ də susmaqdadır, görünür, ölkə prezidenti İlham Əliyev də bu qətliamın səbəbkarlarının biridir.

Qurban Məmmədlinin araşdırması nəticəsində 4000 – dən çox əsgər və zabitimiz qanunsuz döyülərək şikəst olmuşdur, 13 nəfər amansız işgəncələrlə öldürülmüşdür, 25 nəfər isə qondarma vətən xaini adı altında uzun müddətli həbs edilmişdir. Bu cinayət Azərbaycan xalqına qarşı bir soyqırımıdır.

Bu gün Hikmət Həsənovun yerini dəyişdirməklə, hakimiyyət bu cinayəti ört-basdır etmək istəyir. Əsla və əsla bu məsələdə sakitləşmək olmaz. “Tərtər genosidi” Azərbaycan xalqına qarşı törədilən ən böyük təxribatlardan biridir. Biz xalq olaraq bizi düşməndən qoruyan hər bir hərbçimizi müdafiə etməyə borcluyuq. Bir daha yuxarıda qeyd etdiyimiz kimi, hakimiyyət hər çür oyun oynayacaq ki, “Tərtər genosidi”ni xalqın fikrindən uzaqlaşdırsın. Artıq Hikmət Həsənovla bunun şahidi oluruq.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın