Hakimiyyət ehtiyyatla Ramiz Mehdiyevlə siyasi dialoq aparır

 

Bir müddət əvvəl Prezident Administrasiyasının Siyasi Partiyalara nəzarət şöbəsinin təşəbbüsü ilə “Siyasi Dialoqun Azərbaycan Modeli” adlı görüş keçirilmişdir. Bu görüşdə əsas və diqqət çəkən məqam AMEA-nın müvafiq institutlarında olan siyasi dialoqun müxtəlif təzahürləri müzakirə edilmişdir. Maraqlı tərəfi isə, bu görüşdə niyə AMEA -nın nəzarətində olan institutlardan söhbət gedir. Görünən budur ki, İlham Əliyev Ramiz Mehdiyevdən hələ də ehtiyyatlanır.

Siyasətçilər yaxşi anlayır ki, bir dövlətdə çevriliş etmək üçün ilk öncə tələbələrdən başlamaq lazımdır. Dünya inqilablarıda hər zaman təhsil sahələrindən başlamışdır. Azərbaycan hakimiyyəti gözəl anlayır ki, AMEA -nın təhsil sahələrinə bir başa təsiri olan bir qrumdur. Yəni Ramiz Mehdiyev “kominist” sayağı təbliğat aparmaq imkanındadır. Bu səbəbdən hakimiyyət “Siyasi dialoq” adı altında AMEA-nın rəhbəri Ramiz Mehdiyevi nəzarətdə saxlamaq istəyir.

Bir tərəfdən isə hakimiyyət Kremlin qorxusundan, məcburən Ramiz Mehdiyevlə dialoqa getmək məcburiyyətindədir. Reallıq budur ki, Ramiz Mehdiyev “Klan”-dan hakimiyyət tərəfindən işdən çıxarılan insanlar əbəs yerə AMEA-da işlə təmin olunmurlar. Bir qədər əvvəl ölkədə baş verən klanların müharibəsini sizlərə teqdim etmişdik. Sadəcə bu hələ başlanğıcdır.

Mikayıl Əsədov.

Bunu paylaş: