Hakimiyyət bir qrup qazinin əli ilə, intiharların məsuliyyətindən yayınmaq istəyir

Son aylar ölkədə artan şəhid ailələri, qazilər və hərbçilərimizin etirazları, daxildə olan bəzi qüvvələri hərəkətə keçirmişdir.
Hakimiyyət etirazların qarşısını almaq üçün yeni oyuna əl atmaqdadır. Yeni oyun isə bir qrup qazinin əli ilə qurulmaqdadır.

İqtidaryönlü xəbər portallarında qazilərin İlham Əliyev hakimiyyətindən razılığı vurğulanır. Onlar rejimin gördüyü işlərdən razılıq edir və Azərbaycan hakimiyyətinə bu barədə minnətdarlığını bildirirlər.
Xalq arasında tanınmayan bu qazilərin necə və kimlər tərəfindən peyda olunduğu açıq şəkildə görünməkdədir.

Təsəvvür edin, hər gün özünü intihar edən qəhrəman hərbçilərimizə qarşı, bir qrup birləşib onların səsini batırmağa çalışır. İlham Əliyev hakimiyyəti xalq arasında belə təsəvvür yaratmaq istəyir ki, güya ölkdə qazilərimizə, şəhid ailələrinə, hərbçilərimizə diqqət və qayğı var. İntiharların səbəbi isə, şəxsi məsələdir. Necə ki, bu yaxınlarda Sabirabadda intihar edən iki qazimizə qarşı rayon icra başçısının açıqlaması kimi.

Təəssüflər olsun ki, bəziləri bilmədən hakimiyyətin əlinə su tökməklə məşğuldur. Belələliklə, İlham Əliyev rejimi indi də yeni, çirkin qazi siyasəti aparmaqla intiharların məsuliyyətindən yayınmaq istəyir.
Rejim bilməlidir ki, bu gün Azərbaycanın müharibə qəhrəmanlarının psixoloji, sosial, maddi, mənəvi problemlərinin məsuliyyəti onların üzərinə düşür. Ən azından qazı gələndə naziri, icra başçısı, məmuru ayağa qalxmalıdır. Çünki bu quldur rejimin, dünyada başını dik tutan bizlərin baş tacı olan Azərbaycan şəhidləri, qaziləri və hərbçiləridir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın