Hakimiyyət bilməlidir ki, işğalçı Rusiyanın əsl məqsəd bioloji laboratoriyalar deyil…

Bir müddət əvvəl Kreml nümayəndələri iddia etmişlər ki, bir neçə ölkədə üçüncü dövlətlərin bioloji mərkəzləri vardır. Məsələ burasındadır ki, bu siyahıya Azərbaycanın da adı salınmışdır.
Çox keçmədən Dövlət Təhlükəsizlik Xidməti Rusiyanın bir müddət əvvəl verdiyi saxta məlumatına öz münasibətini bildirmişdir. DTX-nın məlumatında deyilir ki, heç bir sübut olmadan Azərbaycanı da bu siyahıya salmaq və beynəlxalq hüquq normalarını bizə qarşı pozmaq qanunsuzluqdur. Bir sözlə, Azərbaycan Rusiyanın bu təxribatını rədd edir və sübutu izah tələb edir. Həmin siyahıda Ukrayna, Gürcüstan, Litva, və Mərkəzi Asiya ölkələri yer almaqdadır.

Azərbaycan tərəfinin bu cavabını anlamalı olsa da, Rusiyanın dediklərini bizim siyasətçilərimizin anlamadığına görə təəccüblənirik.

Rusiyanın bioloji mərkəz məsələsinə gəldikdə, bu, Qərbə qarşı bir siqnal rolunu oynamaqdadır. Putin bununla siyasi dildə anlatmağa çalışır ki, bu ölkələrdə də vəziyyət gərginləşə bilər.
Azərbaycan rəhbərliyinin bunu başa düşməməsi isə, normaldır. Bizim hakimiyyət onsuz da hər şeyi tərsinə anlamaqdadır.
O ki qaldı Rusiyanın bizə qarşı səbəbsiz iddialarına, bu, normaldır. İmperiyanın köhnə xarakteri hər kəsə bəllidir. Kreml hansısa bəhanə ilə ölkəmizə qarşı cəbhə açmalıdır…
Tarix boyu da belə olub və olacaqdır; ruslar, hər zaman digər ölkələrə də saxta iddia irəli sürməklə vəziyyəti qızışdırırlar.
İndiki dövrdə qarışqanı evinin icində izləmək belə, müasir texnika vasitələri ilə mümkündür. Əgər Azərbaycanda bioloji laboratoriyalar olsaydı, Rusiya dərhal ölkə rəhbərliyinə etiraz Notası göndərərdi.
Xatırladaq ki, oxşar hadisələr 44 günlük müharibə zamanı da baş vermişdi və Azərbaycanın sübutu tələbləri cavabsız qalmışdı.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın