Hakimiyyət, AzerFreedom ailesinə qarşı İnterpolla hücuma keçdi

Hakimiyyətin AzərFreedom TV kanalının rəhbəri Məmmədov Qurban Cəlaloğlunu və AzərFreedom ailəsini hədəf seçməsi və bu da azmış kimi bəzi insanları AzərFreedom ailəsi ilə bir tutması bu hakimiyyətin yeganə müxalifətdən qorxmasının səbəbidir. AzərFreedom ailəsinin üzvü olan və hal-hazırda Azərbaycanda həbsdə olan Elvin İsayevin adından istifadə etmələri və „Qondarma cinayət” işini Beynəlxalq axtarışa vermələri hakimiyyətin gülünc siyasət yürütməyindən irəli gəlir. Güya Elvin İsayev kütləvi ixtişaşlar, vətəndaşlara qarşı zorakılıq etmək və. s (12.1, 34.2,220.2 və 281.2-ci maddələr) qabaqcadan əlbir olan bir qrup şəxslərlə dövlət əleyhinə açıq çağırış etməklə təqsirləndirilir və bu maddələr üzrə cinayət işi açılıb və artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bununla ürəyi soyumayan hakimiyyət güya ki, Elvin İsayevin qabaqcadan, bir qrup halında iştirak etmiş Qurban Məhəmmədov ,Əli Oğuz ve Rafael Piriyevə qarşı da „Qondarma cinayət ” işi açaraq (12.1, 34.2,202.2,281.2 maddələr), şərləyərək Nəsimi rayonu məhkəməsinə təqdim etmişlər. Bu Qondarma Məhkəmə qərarı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və İnterpolun Milli Mərkəzi Bürosuna göndərilmişdir. Bu məqsədlə İlham Əliyev hakimiyyəti AzərFreedomun getdikcə artan gücü qarşısında aciz qalaraq, AzərFreedom ailəsini şərləmək siyasətinə keçmişdir. Bu amillə İlham Əliyev AzərFreedomun lideri Qurban Məmmədovu ekstradisiya etmək istəyir. Artıq dünya Azərbaycan hakimiyyətinin saxtakarlıqlarından təngə gəlmişdir.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: