Hakimiyyət 5 partiyaya ofis verməklə…

Azərbaycanda İlham Əliyevin tapşırığı əsasında siyasi partiyalara ofislər verilmişdir. Məqsəd siyasi partiyaların iş şəraitinin yaxşılaşdırılması və sərbəst fəaliyyət göstərməsi üçündür. İqtisadiyyat Nazirliyi tərəfindən ofislər verilən partiyalar hamısı iqtidaryönlü partiyalardır və onlar aşağıdakılardır:


Ana Vətən Partiyası,
Azərbaycan Demokratik Maarifçilik Partiyası,
Milli Cəbhə Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası
İlham Əliyev hakimiyyəti bununla göstərmək istəyir ki, güya Azərbaycanda demokratiya inkişaf edib.


Azərbaycanda demokratiyanın qurulması mükafatlarla yox,müxalifət və iqtidar münasibətlərinin genişlənməsi ilə baş tutmalıdır. Əgər Azərbaycan Milli Məclisində demokratik seçki yoxdursa, bir nəfər də olsun əsil müxalifət nümayəndəsi yoxdursa, demokratiyadan danışmaq mənasızdır. Ölkədə hər strukturda ikitərəfli dialoq baş tutmalı və insani dəyərlər qorunmalıdır. 30 ilə yaxındır ki, demək olar ki, müxalifət-iqtidar münasibətləri sıfıra bərabərdir. Bu gedişlə, İlham Əliyev hakimiyyəti Qərbin demokratiya qınaqlarından yayınmağa çalışır. Yaxşı olar ki, hakimiyyət  Qərbin qınaqlarından yayınması üçün, ilk növbədə siyasi məhbusları azad etsin, korrupsiya və rüşvətxorluğu aradan qaldırılsın.

Mikayıl Əsədov.

Bunu paylaş: