Hakimiyət siyasi fəalları və siyasi jurnalistləri dinləyir…

 

Beynəlxalq Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) Azərbaycana dair yeni hesabatını təqdim etmişdir. Hesabatda deyilir ki, Azərbaycanda və xaricdə olan siyasi fəallar, siyasi jurnalistlər, siyasətlə məşğul olan başqa təbəqələrin üzvləri, hökumət tərəfindən dinlənilərək izlənilməkdədir. Azərbaycan hakimiyyəti tək telefon vasitəsi ilə deyil, həm də sosial şəbəkə üzərindən bunu etməkdədir. BMCKHL – hesabatında bildirilir ki, Azərbaycan hökuməti bir neçə il bundan qabaq İsraildən aldığı proqram vasitəsi ilə BMCKHL işləri görməkdədir.

Bu hesabatdan sonra ölkəmizdə bəzi yaltaqlar, bu məsələni başqa yönə yozmaqdadırlar. Onların sözlərinə görə BMCKHL – ın bu qərarı Azərbaycana hesablanmış qərəzli bir göstərişdir. Hakimiyyətin fikrincə, Qarabağı azad etdiyimizi həzm etməyən bəzi xarici qüvvələr daxildə caxnaşma yaratmaq üçün, bu qərəzli hesabatı hazırlamışlar.

Görünür, İlham Əliyev və hakimiyyəti yeni oyuna əl atmaqdadır. Beynəlxalq təşkilatların hesabatını dərhal Qarabağ məsələsinə yönəldərək, özlərini xalq qarşısında sığortalamaq istəyirlər. Lakin unudurlar ki, bu dinləmələr və izləmələr Qarabağ müharibəsindən qabaq da var idi. Xalqın şəxsi işlərinə qarışmaq isə böyük cinayətdir.

Açıq şəkildə hakimiyyət müxalif siyasi fəalları, siyasi jurnalistləri təzyiq altında saxlamaqdadır. Bu gün İlham Əliyev və hakimiyyəti bu yollarla siyasi insanları “Şantaj” etməkdədir. Dəfələrlə ölkəmizdə və ölkə xaricində olan siyasi fəallara, siyasi jurnalistlərə qarşı Azərbaycan hakimiyyətinin təxribatlarının şahidi olmuşuq. Bu da İlham Əliyevin və hakimiyyətinin siyasi sferaya olan təxribatlarının bir hissəsidir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın