Hacıbala Abutalıbovun “qara kassiri” niyə həbs edildi?

 

Bir neçə gün öncə keçmiş Bakı Şəhəri İcra Hakimiyyətinin rəhbəri belə desək, Hacıbala Abutalıbovun sağ əli həbs edilmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılan Rasim Quliyevə, çalışdığı dönəmdə dövlət büdcəsindən ayrılan pulları mənimsəmə faktı ilə istintaq işi açılmışdır.


Hörmətli oxucular, sizlərlə bir neçə il öncə olan məsələni araşdıraq görərik ki, həqiqətən də Hacıbala Abutalıbovun dövründə həmin qurumda külli miqdarda korrupsiya faktları qeydə alınmışdır. Sizlərə bildirmək istərdik ki, Bakı şəhərində qoyulmuş işıq dirəklərinin dəyəri “500” manatdan “2500” manata qədər olduğu halda, büdcədə həmin işıq dirəklərinin dəyəri “10. 000” manatdan “20.000” manata- dək qeydə alınmışdır və həmin dirəklər Çin istehsalıdır.

Tək bununla bitməyən korrupsiya işlərində bir başa keçmiş “Mer” Hacıbala Abutalıbovun əli vardır. Sizlərə daha bir korrupsiya faktını söyləmək istərdik; Bakının bəzi ərazilərində olan parklar və fontanlar Azərbaycan xalqının büdcəsindən milyonlarla manata başa gəlməkdədir.

Bu işdə vəzifəsi aşağı səviyyədə olan məmurlar milyonlarla pul üstündə korrupsiyada ittiham olunursa, görün yüksək rütbəli məmurlar nə qədər milyard pulla ittiham olunmalıdır.

Bakı Şəhər İcra Hakimiyyətində olan bütün korrupsiya ittihamları hamısı, keçmiş mer Hacıbala Abutalıbovun əli ilə aparılsa da, çətin ki, İlham Əliyev onu həbs elətdirsin. Səbəbi çox sadədir, Hacıbala Abutalıbov Heydər Əliyev və İlham Əliyevə çox sadiq adamlardan biridir.

 

Mikayıl Əsədov.

Bunu paylaş: