Hətta, Türkiyə ilə AB – nin bu məsələni necə həll etdiyini misal da göstərib…

 

Rusiya ilə Belarus ittifaq sazişi imzaladıqdan sonra bu birlik ilk “bəhrəsini” verdi. Əfqanıstan və İraqdan ( əsasən də PKK – çılardan ibarət) olan köçmənlər Polşa sərhəddinə yığılmağa başladı. Polşa hökuməti sərhədi tikanlı məftillərlə bağlasa da, həmin ərazidə insanlıq faciəsi davam etməkdədir. Belarus tərəfdə olan köçmənlər qışın soyuğunda ac, susuz, yağmurun altında məşəqqətli durumdadırlar. Tikanlı məftilləri yaratmağa müyəssər olanlar da Polşa meşələrində eyni dramı yaşayırlar. Sərhədi keçənlərdən artıq on nəfəri soyuqdan həyatını itirmişdir.

Bu arada Almaniyanın milli futbol komandasının oyunçuları sərhədlərin açılmasını və qaçqınların Avropa tərəfindən qəbul edilməsini tələb ediblər.
Avropa birliyi isə sərhədləri açmaq fikrində deyil və bu məsələdə günahkar kimi Rusiyanı və Belarusu görmüşlər, qaçqınları daşıyan aviaşirkətləri isə sanksiyalarla hədələyiblər. Rusiya isə özünü günahkar hesab etmir. V. Putin arabuluculuq etməyə, yəni Avropa birliyi ilə bazarlıq etməyə hazır olduğunu deyib.

Hətta, Türkiyə ilə AB – nin bu məsələni necə həll etdiyini misal da göstərib. Rusiya prezidenti bir qədər də uzağa gedib və müharibəni işarə edərək, Əfqanıstanda və İraqda olan qaçqınları Qərbin yaratdığını deyib. Qısası, Rusiya hökuməti insan faciəsindən, yəni qaçqınlardan, istifadə edərək Avropadan pul qoparmaq istəyir.
Avropa ölkələri isə müsəlman ölkələrində müharibə aparmaqda həvəslə iştirak etsələr də, müharibə nəticəsində evləri dağılmış, qaçqın və məcburi köçkünlərə qucaq açmağa tələsmirlər.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın