Hərdən mənə elə gəlir ki, Azərbaycanı İlham Əliyev deyil, qıraqdan bir əl idarə edir

Hərdən mənə elə gəlir ki, Azərbaycanı İlham Əliyev deyil, qıraqdan bir əl idarə edir. Hələ təxminən 15 il bundan əvvəl İlham Əliyev demişdi ki, əgər demokratiya olmasa biz qazandığımız müvəffəqiyyətləri saxlaya bilməyəcəyik. Neftin bir bareli 130 – 135 dollar olanda və respublikaya pul sel kimi gələndə İ. Əliyev bunu ,,iqtisadi çiçəklənmə” adlandırırdı və hətta ,,bəlkə bir az yavaşıyaq” (sonradan onu gülüş hədəfinə çevirən) sözlərini də işlətmişdi. Hər halda ,,demokratiya olmasa” kəlməsini işlətmişdi. Bu, ölkədə demokratiyanın olmadığının etirafı idi. İkinci moment – İ. Əliyevin həmin ərəfədə olan parlament seçkilərində ,,mən heç kimi müdafiə etməyəcəyəm, kim seçilirsı seçilsin” deməsi idi. Lakin sonradan mətbuatın yazdığına görə Ramiz Mehdiyev tapşırıb ki, İ.Əliyevin deməyinə baxmayın, seçkilər əvvəlki kimi olacaq, yəni saxtalaşdırılacaq. Hətta YAP- ın rəhbərlərindən olan Əli Əhmədovun və digərlərinin demokratik seçki keçirilərsə partiyadan istefa verəcəyi ilə İ. Əliyevi şantaj etdiyi də deyilirdi. Və nəhayət, axırıncı parlament seçkisi; ölkədə gedən ,,inkişaf”la ayaqlaşmayan parlament özünü buraxdı və yenə də hansısa gizli əl seçicilər tərəfdən baykot edilərək qovulan deputatları yenidən parlamentə yığdı.

Qurban Məmmədovun evinin qanunsuz sökülməsi və sonradan bu vandalizm və özbaşnalığın dayandırılması isə ölkədə anarxiya ilə bərabər ikihakimiyyətliyin də olduğunu sübut edir. Artıq mən də şübhələnməyə başlamışam ki, ölkədə ən azı siyasi atmosferin yumşalmasına maneə olan bir kobud, caynaqlı ,,ayı əli” var. O əl qaba və soyuq olduğu üçün şimaldan gəldiyinə şübhə yoxdur. O əllərin Azərbaycanda təmsilçilərinin demək olar ki, hamısı Rusiyanın medallarını öz sinəlırində daşıyırlar. Mən demirəm ki, İ. Əliyev süddən çıxmış qaşıq kimi tər-təmizdir. İ. Əliyev atasından korrupsiyalaşmış, bünövrəsi rüşvət və saxtakarlıq üzərində qurulan bir hökuməti miras almışdır. Ola bilər ,,xalça üzərində böyüyən”, yəni çətinlik və ehtiyac üzündın sərt, güclü xarakteri formamlaşmamış, yüngül əyləncələrə, qumara, bəlkə də narkotikə meyilli bir ,,şəhər uşağı”nın vaxtaşırı Moskvaya rüşvət daşıması bezdiribdir və bu vəziyyətdən çıxmağa moment axtarır. Türkiyə ordusunun Azərbaycanda qalması, ola bilər ki, sayın Ərdoğan tərəfindən də müəyyən qarantiyaların verilməsi də İ. Əliyevin ,,rus ayısı”nın caynağından qurtulmağa cəhd etməsinə əsas verir. Təki belə olsun, təki Azərbaycanda Türkiyənin patronajı ilə normal bir dövlət qurulsun və torpaqlarımız düşmən tapdağından azad edilsin.

İmza; Şahin Şirvanlı

Bunu paylaş: