Hərbi təlimlərdə yeni silahlardan istfadə ediləcəkdir

 

 

Azərbaycan ordusu 15.000 əsgərlə bərabər, may ayının 20 – nə kimi hərbi təlimlərə başladı. Hərbi təlimlərdə 300 – ə yaxın tank, 400 – ə yaxın hərbi texnika, 50 – dən çox hərbi aviasiya və s. cəlb ediləcəkdir. Bu təlimlərdə yeni silah növlərindən istifadə ediləcəkdir. Hələlik bu silah növləri hərbi sirr olaraq gizli saxlanmaqdadır. Ordumuzun bu çür təlimləri dövlət proqramı nəticəsində davam etməkdədir. Lakin bölgədə hələ də təhlükəli oyunlar getdiyi bir vaxtda bu təlimləri davam etdirməyimiz düzgün olar.

Təlimlərdə əsas diqqət çəkən məqam isə Azərbaycan Pilotsuz Uçuş Aparatlarıdır ki, bu təlimlərdə hərbi təyyarələrlə birgə əməlyyat aparacaqdır. Digər tərəfdən isə yeni reaktiv və idarə olunan raket sistemləridir.

Bu təlimlərdə daha bir yenilik isə, ( Türkiyə istesalı) qanadlı və lazerli idarə olunan raketlər olacaqdır.
Bölgədə müharibə bitsə də, təhlükə hər an qalmaqdadır. Müdafiə Nazirliyi bu təhlükə səbəbi ilə hərbi təlimlərini davam etdirəcəyini elan etmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: