Hərbiçimizin şəhid edilməsində məsuliyyət Rusiyanın üzərinə düşür!

Müdafiə Nazirliyinin verdiyi məlumata görə “Rusiya sülhməramlıları” nın müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni ordusunun təxribatı nəticəsində ordumuzun hərbi qulluqçusu Kazımov Anar Rüstəm oğlu şəhid olmuşdur.
Qeyd edək ki, bu təxribat gözlənilən idi. Bir müddətdir ki, Ermənistan üzərinə götürdüyü 10 noyabr bəyanatına əməl etmir və hər cəldlə bölgədə vəziyyəti gərginləşdirir.
Bunu nəticəsi olaraq həm sərhəddə, həm də Xankəndi, Xocalı, Xocavənd, Laçın istiqamətlərində atəşkəsi pozur.
Bu gün isə erməni xislətinin bir daha şahidi olduq.

Əslində bizi maraqlandıran məsələ isə Azərbaycan Müdafiə Nazirliyinin müraciətidir. Azərbaycan Ordusunun əsgəri Laçın rayonunda “Rusiya Sülhməramlıları” nın nəzarət etdiyi ərazidə şəhid edilmişdir. Burada erməni məsuliyyətindən danışmaq absurddur. Oradan açılan atəşin hər birinə Rusiya cavabdehlik daşımaqdadır. Buna görə də Azərbaycan tərəfi dərhal rus işğalçılarını ərazidən çıxarmalıdır. Digər tərəfdən isə, Rusiyaya qəti şəkildə Nota verilməlidir.

Bu gün Laçın şəhəri ətrafında baş verən təxribat bir daha onu göstərir ki, Rusiya “sülhməramlı” adı altında terrorçuluqla məşğuldur. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Putinin işğalçı terrorçularını Azərbaycan torpaqlarına dəvət etdiyi bir vaxtda Moldova, Gürcüstan kimi ölkələri təhlil etməli idi. Qəti demək istərdik ki, Rusiya Azərbaycan torpaqlarına sülhü deyil, gərginliyi artırmaq üçün gəlib.

Əlavə edək ki, Azərbaycan tərəfi erməni – rus təxribatlarına cavab olaraq anti-terror əməliyyatlarına başlamışdır. Nəticədə Xocalı, Kəlbəcər, Laçın istiqamətlərində döyüşlərin davam etdiyi bildirilir. Düşmən tərəfindən çoxlu sayda hərbçi və hərbi texnika məhv edildiyi deyilir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın