Hərbçilərimizin itkin düşməsinə səbəb pis hava şəraiti, yoxsa erməni kəşfiyyatıdır?

Müdafiə Nazirliyinin yaydığı məlumata görə iyulun 23-də hərbi qulluqçumuz Kamiz Mübariz oğlu İbayev Kəlbəcər rayonunda itkin düşmüşdür. Hərbçimizin hansı şəraitdə itkin düşdüyü açıqlanmır.
MN-dən verilən məlumata görə axtarış tədbirləri davam edir və bu baradə ictimaiyyətə məlumat veriləcəkdir.

Bilirik ki, erməni işğalından sonra relyefinə görə ən çətin rayonlardan biri Kəlbəcər sayılır. Üstəlik, hava şəraitinin sərt olması bölgədə axtarış tədbirlərini çətinləşdirir.

Üstəlik də Ermənistan tərəfindən ən çox atəşə məruz qalan rayonlardan biri sayılır.
Xatırladaq ki, bir neçə ay bundan əvvəl də Azərbaycan ordusunun iki hərbçisi itkin düşmüşdü. Hava şəraiti ilə əlaqədar axtarışlar dayandırılmışdır.

Niyə hərbiçilərimiz itkin düşür?
Yaxşı olar ki, bu əsgərlərimizi Ermənistan tərəfdə axtaraq. Çünki müharibədən sonra Ermənistan-Azərbaycan sərhədlərində dəqiq postlar qurulmadığından, mənfur düşmən bütün təxribatlara əl atmaqdadır.
Bundan əvvəl iki, bu dəfə isə bir hərbçimizin itməsi böyük ehtimalla erməni diversiya kəşfiyyatının işidir.

Daha bir xatırlatma verək ki, 44 günlük müharibədən sonra erməni diversantları dəfələrlə, Kəlbəcərdə yollara mina yerləşdirmişlər. Nəticədə isə Azərbaycan ordusunun bir neçə hərbçisi yaralanmış və şəhid olmuşdur. Bir sözlə, damarlarında terror qanı axan düşmənimizdən hərtərəfli, hər istiqamətdə ehtiyat etmək lazımdır.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın