Hərbçilər etiraz etdi: Nəcməddin Sadıqovun sürücüsü dörd fərqlənmə medalı alıb

 

Bir qrup qazi və döyüşlərdə iştirak etmiş hərbçilərimiz Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirmişlər. Onlar iddia edirlər ki, 44 günlük Qarabağ müharibəsində ön cəbhədə qəhrəmanlıq və şücaət göstərsələr də, hökumət tərəfindən heç bir fərqlənmə nişanı ilə təltif olunmamışlar. Ən ağır döyüşlərdə iştirak etmiş hərbçilərimizin sözlərinə görə, ön cəbhədən arxada iştirak edənlər dövlət tərəfindən medallarla təltif olunmuşlar.
Sayca üçüncü dəfə etiraz edən qəhrəmanlarımız dövlət tərəfindən heç bir diqqət və qayğı görmədiklərini deyirlər. Hərbçilərimizdən biri, hətta onlara verilən 180 manat aylıq pul vəsaitini hələ də almadıqlarını söyləyib.

Bundan əvvəlki etiraz aksiyasında MN, rayon hərbi komissarlığı onlara kömək edəcəyini vəd etsə də, bu günə kimi heç kim onlarla maqalanmamışdır.
Hələlik MN-dən bu barədə açıqlama verən olmamışdır.

Maraqlısı budur ki, etiraz edən hərbçilər MN – nin keçmiş Baş Qərargah rəisi xain Nəcməddin Sadıqovun sürücüsünə, hakimiyyət tərəfindən 4 növ fərqlənmə medalı verilsə də, ön cəbhədə qəhrəmanlıq göstərən hərbçilərimizə vətənə xidmətinə görə heç bir fərqlənmə medalı verilməmişdir.
Etirazçılar idda edirlər ki, bu çür hallar demək olar ki, Azərbaycanın bütün hərbi komissarlığında yaşanmaqdadır. Qəhrəmanlar qalıb bir kənarda, xain və satqınlar hakimiyyət tərəfindən fərqlənməkdədir.
İlham Əliyev rejimi bu haqsızlıqla, millətin döyüş ruhunu gözdən salmaq istəyir; 2017 – ci ildən başlayan Tərtər hadisələrində olduğu kimi. Bu hakimiyyətə qəhrəman, mərd xalq və ordu lazım olmadığını bir daha sübut etmiş olur.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın