Hər zaman olduğu kimi məmurlara xəbərdarlıqlar, sonu isə…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Əkbər Bəxtiyar oğlu Abbasovu Lerik, Elvin Nazim oğlu Paşayevi Göygöl rayonuna
İcra Başçısı təyin etmişdir. O, təyinat zamanı verdiyi açıqlama ilə məmurlara bir daha xəbərdarlıq etmişdir.

İlham Əliyev qeyd etmişdir ki, bəzi icra başçıları öz səlahiyyətlərini aşaraq əllərini korrupsiya, rüşvətxorluğa bulaşdırmışlar. Bu səbəbə görə həmin məmurlar indi cəzalandırılaraq öz cəzaların çəkməkdədirlər.

Hörmətli Azərbaycan xalqı, İlham Əliyev bu dəfə də siyasi devizlə desək, cəmiyyətə oynamaqla məşğuldur. İlk növbədə nəinki İcra hakimiyyətlərində, demək olar ki, bütün dövlət sistemlərində korrupsiya və rüşvətxorluqla məşğuldurlar. Polisi, hakimi, gömrüyü, vergisi, müəllimi, həkimi — elə sahə yoxdur ki, orada bu cinayətlər törədilməsin.
Deyə bilərik ki, İlham Əliyev də bunu çox yaxşı bilir. Bu gün icra başçılarına xəbərdarlıq etməklə ölkə başçısı gözdən pərdə asmaq istəyir. Xalqımız bu adət – ənənəyə artıq öyrəşib.

Sonda bir daha qeyd etmək istərdim ki, Azərbaycanda rüşvətxorluğun, korrupsiyanın, məmur özbaşınalığının qarşısını almağın bir yolu vardır: bu yol isə İlham Əliyev və hakimiyyətinin istefasından keçir!

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın